Daily Archives: 28.01.2016

28 YANVAR 1919 — ZAĞALI KƏNDİ YANDIRILIB

Стандартный
28 YANVAR 1919 — ZAĞALI KƏNDİ YANDIRILIB

28 yanvar 1919 – Erməni-daşnak quldur dəstələri Gəncə quberniyasının Zağalı kəndini (indiki Daşkəsən rayonu ərazisində) yandırıblar.

36. Gəncə Qubernatorunun 14 fevral 1919-ci il tarixli 394 №li teleqramı.

311 nəfər müsəlman, Zağalı kənd sakinləri bəyan ediblər ki, yanvarın 28-də onların kəndləri erməni qoşunları tərəfindən məhv edilib, müsəlmanlardan 15 nəfər öldürülüb, sağ qalanları isə Azərbaycana qaçırlar.

37.Şuşa Qəza Rəisinin Gəncə Qubernatoruna 318 yanvar 1919-cu il tarixli 159 №li raportu., Günorta üstü saat 3-də, Nuker, Malıbəyli kənd sakini cəlal cümşüd oğlu Şuşadan Xaçdaş adlı yerə gedən yolda silahlı ermənilər tərəfindən soyulub, onun atı və arabasını ermənilər əlindən alıb, Daşkəndə aparıblar.

 

http://soyqirim.tr.gg/AXC-d—k1-1918_1920-k2—Qaraba&%23287;-haqq&%23305;nda-m&%23601;lumatlar.htm

28 YANVAR 1992 — MİLLİ QƏHRƏMAN VİKTOR SERYOQİN HƏLAK OLUB

Стандартный

СЕРЕГИН

Viktor Seryogin — Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı.

23 mart 1944-cü ildə  Tbilisi şəhərində doğulmuşdur. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilmişdi. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olmuşdur. Dəfələrlə ordenlərlə təltif olunmuşdu.

Qarabağ müharibəsində adı hər kəsə məlum olan Viktor sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarar, erməni yaraqlılarının postlarına od ələyərdi. Dəfələrlə atəşə tutulmasına baxmayaraq vertolyotu təmir etmiş yeni uçuşlar həyata keçirmişdi. Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qoymuşdu. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. O, 28 yanvar 1992-ci il dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfil olaraq vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü izə heyətlə birlikdə qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası prezidetninin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib

Виктор Васильевич Серёгин (азерб. Viktor Seryogin; 23 марта 1944, Тбилиси — 28 января 1992, возле г. Шуша, Нагорный Карабах) — Национальный герой Азербайджана, командир вертолёта гражданской авиации.

28 YANVAR 1992 — ERMƏNİLƏR Mİ-8 SƏRNİŞİN VERTOLYOTUNU VURUBLAR

Стандартный

1992 – Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər.

Ağdam-Şuşa marşrutu ilə uçan «Mİ-8» sərnişin vertolyotu Xankəndindən atılmış «yer-hava» tipli raketlə vurulub.

Vertolyotdakı 44 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır. 

Mİ 8

28 января 1992 года около Шуши при заходе на посадку выстрелом из ПЗРК был сбит гражданский вертолет Ми-8 азербайджанской авиакомпании «Azal Azerbaijan Airline», перевозивший пассажиров из Агдама в блокированный город Шуша. На борту находилось по разным данным от 30 до 47 человек.