Daily Archives: 22.01.2016

22 YANVAR — BAKILI NOBEL LAUREATI LANDAUNUN DOĞUM GÜNÜ

Стандартный

ЛАНДАУ

Lev Davidoviç Landau (rus. Лев Дави́дович Ланда́у; 22 yanvar, 1908 – 1 aprel, 1968) — nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet fiziki. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 

Landau 1908-ci ilin 22 Yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau,anası Lyubov Venyaminovna Qarkavi). Hələ çox erkən yaşlarında riyaziyyatda nümayiş etdirdiyi qeyr-adi istedad sonralar onun barəsində nə vaxtsa riyaziyyatı bilməməsini xatırlamadığını deməsi kimi xatırlanmışdır. Landau 13 yaşında gimnaziyanı bitirmiş, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o eyni zamanda iki fakültədə- Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir. Daha sonra Leninqrad Fizika-Texniki İnstitutunda aspirant təhsilini davam etdirmiş və cəmi 21 yaşında doktor dərəcəsini almışdır. 1929-cu ildə Landau ilk dəfə Avropaya getmək imkanı əldə edir. Götingen və Leypçiqdə qısamüddətli dayandıqdan sonra Landau Kopenhagenə yollanır və burada Nils Borun Nəzəri Fizika İnstitunda çalışır. Sonra o Kembridc və Zürixə yollanmış və yenidən Sovetlər Birliyınə qayıtmışdır. 1932-37-ci illər aralığında Landau Xarkov Mexanika və Maşınmqayırma İnstutunun nəzəri fizika kafedrasına rəhbərlik etmişdir. 1937-ci ilin fevralında o, Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunur və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edir.

Elmi nailiyyətlərindən savayı Landau eyni zamanda mərkəzi Xarkov (indiki Xarkiv, Ukrayna) şəhəri olmaqla keçmiş Sovetlər Birliyində nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoymuşdurLandau Nəzəri minimum adlı geniş əhatəli imtahan işləmiş və tələbələri yalnız bu imtahandan keçdikdən sonra banisi olduğu Landau məkətəbinə qəbul olunurdular. İmtahan nəzəri fizkikanın bütün aspektəlırin əhatə edir və yalnız 43 nəfər bu imtahanı keçə bilmişdir. Məhz bu yolla onun tələbələri tanınmış və hərtərəfli fiziklər kimi tanına bilmişdilər.

1937-ci ildə bütün ölkəni bürümüş repressiyalar dahi alimdən də yan ötməmişdir. Əvvəlcə Xarkovdan Moskvaya gələn alim 1938-ci ilin 17 aprel tarixində təhlükəzilik xidməti tərəfindən saxlanılmış və 1939-cu il aprel ayının 19-una qədər həbsdə saxlanılmışdır.Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir və o, Landaunun fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edir. Onun və həmkarı Pyort Ksapitsanın Stalinə yazdığı məktublar müqabilində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır.

1962-ci ilin 7 yanvarında Landau ciddi avtomobil qəzasına uğrayır. O, Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılmışdır. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatır. 1962-ci ilin sentyabr ayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülmüşdür. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. 1968-ci ilin 1 aprel tarixində Moskva şəhərində dahi fizik dünyadan köçür.

Лев Дави́дович Ланда́у (часто именуемый коллегами-физиками Дау; 9 (22) января 1908, Баку — 1 апреля 1968, Москва) — выдающийся советский физик-теоретик, основатель научной школы, академик АН СССР (избран в 1946). Лауреат Нобелевской премии по физике 1962 года.

ЛАНДАУ ДОМ

Bakıda Landaunun yaşadığı ev

Перекресток Самеда Вургуна и Торговой (Низами). В центре — дом, в котором жил ученый Лев Ландау.

 

22 YANVAR — GENERAL HƏZİ ASLANOVUN DOĞUM GÜNÜ

Стандартный

HƏZİ ASLANOV

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

 

Ази Агадович Асла́нов (также Ази Ахадович Асланов, Ази Ахад оглы Асланов; азерб. Həzi Əhəd oğlu Aslanov; 22 января [4 февраля] 1910 — 24 января 1945) — советский военачальник, гвардии генерал-майор, дважды Герой Советского Союза.