Daily Archives: 01.01.2016

1 YANVAR — MİKAYIL MİRZƏNİN DOĞUM GÜNÜ

Стандартный

mikayil_m

Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev) — Azərbaycan aktyoru, arxiv kadrlarda iştirak edən, ssenari müəllifi, Azərbaycan romantik aktyor məktəbinin istedadlı nümayəndəsi, gur səsli, coşğun səhnə temperamentli teatr və kino aktyoru. Azərbaycan Respublikasının xalq artisti (1991).

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indi Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində doğulub. 1969-cu ildə ADİİ-nin dram və Kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) AMDT-də aktyor işləyib. İki dəfə Milli Məclisə deputat seçilib. Azərbaycan Respublikasının xalq artistidir (22 may 1991).

Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad («Vaqif» və «Fərhad və Şirin», Səməd Vurğun), Muratov, Eyvaz («Qəribə oğlan» və «Bizim qəribə taleyimiz», İlyas Əfəndiyev), Aslan («Kəndçi qız», Mirzə İbrahimov), Zahid («Fəryad», Bəxtiyar Vahabzadə), Elxan («Od gəlini» Cəfər Cabbarlı), Cinli Mustafa («Dəli yığıncağı», Cəlil Məmmədquluzadə), İxtiyar («İblis», Hüseyn Cavid) rollarını oynayıb.

1992-1995-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləmişdir.

Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib.

1 YANVAR — GÖRKƏMLİ AKTYOR ELDƏNİZ ZEYNALOVUN DOĞUM GÜNÜ

Стандартный

Zeynalov Eldəniz Məmməd oğlu — Azərbaycanlı aktyor.

Eldəniz_Zeynalov-1

Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).

Tələbə ikən Eldar Quliyevin «Bir Cənub Şəhərində» filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə «Sevil» tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, «Mоzalan» satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının «Dulsineya Tobosskaya» (Mosfilm), «Təyyarələr Enmədi» (Özbəkfilm) filmlərində çəkilib. «Humay» mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2002-ci il noyabrın 5-də dünyasını dəyişib.

Aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.