Daily Archives: 20.04.2024

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: MAYİS YAQUBOV

Стандартный

Mayis Rəhim oğlu Yaqubov (20 aprel 1998Daş SalahlıQazax rayonu – 17 oktyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Mayis Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ş. Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbində təhsil alıb. 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Mayis Yaqubov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Leytenant Mayis Yaqubov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 17-də Hadrutun azad edilməsi həlak olub. Qazax rayonunda dəfn edilib.