Daily Archives: 15.04.2024

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: İLKİN QULİYEV

Стандартный

İlkin Rəfail oğlu Quliyev (d. 15 aprel 2002MoskvaRusiya Federasiyası – ö. 10 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alırdı.

2020-ci ilin aprel ayından hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 10-da həlak olmuşdur. Sabunçu rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.