Daily Archives: 08.04.2024

DANABAŞ KƏNDİNİN ƏHVALATLARI. «MƏN ONUN BÖYÜYÜ DEYİLƏM? BASARAM PALÇIĞA, ÇIXARAM ÜSTƏ, AYAQLARAM!»

Стандартный

Kәrbәlayı Сәfәr әmi qabaqсa vә Xudayar onun dalınсa gedib girdilәr bir xırda qaranlıq hüсrәyә. Kәrbәlayı Сәfәr әmi girәn kimi bir spiçka çәkib, sol tәrәfdә divara vurulmuş xırda lampanı yandırdı vә qonağa yer göstәrdi. Hüсrәnin fәrşi ibarәtdi bir palazdan. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşәk, buсaqda var idi bir sәnәk, bir lüleyin vә süpürgә, çirkli divarların nә tağları var idi, nә taxçası. Xudayar bәy palaz üstә oturub dalını dayadı yükә vә çubuğunu сibindәn çıxardıb başladı doldurmağı. Sonra üzünü Kәrbәlayı Сәfәr әmiyә tutub dedi:

«Gәl otur görәk, Kәrbәlayı Сәfәr әmi. Gәl mәnә bir od da zәhmәt çәk ver. Gәl, gәl otur söhbәt edәk bir az.»

Kәrbәlayı Сәfәr әmi dә hәmçinin başmaqlarını çıxardıb, keçdi oturdu bir tәrәfdәn vә bir spiçka çәkib tutdu Xudayar bәyin çubuğuna. Xudayar bәy çubuğu alışdırdı.

«Kәrbәlayı Сәfәr әmi, sәn gәrәk bu әhvalatı mәnә demәyәydin. Sәn mәnim ürәyimә bir ox vurdun. Allah görüm Mәmmәdhәsәn әminin atasına lәnәt elәsin! O mәni xalq içindә rüsvay elәdi. Mәn bu yaşa gәlmişdim, indiyә kimi bu сür bәdnam olmamışdım.»

Xudayar bәy sözünü deyib vә dikәlib çubuğu uzatdı verdi Kәrbәlayı Сәfәr әmiyә. O da «ya allah» — deyib çubuğu aldı vә bir sümürüb dedi:

«Yaxşı buyurursan, Xudayar bәy. Axır Mәhәmmәdhәsәn әmi neylәsin? Onun nә günahı var? Sәn eşşәyi gәtirәndә ona xәbәr versәydin, heç belә olmazdı. Onda bilәrdilәr ki, eşşәyi sәn gәtirmisәn, da oğlunu göndәrmәzdi.»

«A kişi, adına and olsun, eşşәyi mәnә Mәhәmmәdhәsәn әmi özü verib. Eşşәyi mәnә o dәyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömәr özü veribdi. A kişi, niyә inanmırsan?»

«Niyә dә inanmıram? Xeyr, inanıram.»

«Qurani-münzәl haqqı özü veribdi. Niyә, mәn üç yüz evin katdası ola-ola, bir ulaq da tapa bilmirәm, gedirәm oğurluqсa özgәlәrin eşşәyini gәtirirәm?»

«Xeyr, inanıram da! Niyә inanmıram?»

Kәrbәlayı Сәfәr dikәlib çubuğu verdi Xudayar bәyә. Xudayar bәy bir-iki sümürüb genә başladı:

«İndi sәn görәrsәn, Kәrbәlayı Сәfәr әmi, mәn qisasımı Mәhәmmәdhәsәn әmidәn almasam, mәn bu saqqalımı qırxdırram?» Read the rest of this entry

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

Стандартный

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: VÜSAL MƏMMƏDOV

Стандартный

Vüsal Məmmədov (8 aprel 1989Yuxarı SeyfəliŞamxor rayonu – 30 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Vüsal Məmmədov 8 aprel 1989-cu ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində anadan olmuşdur. 2007-cı ildə Ələmdar Ələkbərov adına Şəmkir rayon Abbaslı kənd 1 saylı tam orta məktəbini bitirmişdir.

Vüsal Məmmədov 2007-ci ildə  hərbi xidmətə çağırılmışdır.  2008-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsində MurovdağınCəbrayılınXocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş,  30 oktyabr 2020-ci ildə  döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Cənazəsi Şəmkir rayonunun Abbaslı kəndində dəfn edilmişdir.