Daily Archives: 01.04.2024

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ATƏŞ ASLANOV

Стандартный

Atəş Yusif oğlu Aslanov (1 aprel 1993MəşədivəlilərTovuz rayonu – 25 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Atəş Aslanov 1993-cü il aprelin 1-də Tovuz rayonunun Məşədivəlilər kəndində anadan olub.  2000–2004-cü illərdə Məşədivəlilər kənd tam orta məktəbində, 2004–2011-ci illərdə İ. Bayramov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Atəş Aslanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində zamanı könüllü iştirak edib. Atəş Aslanov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı həlak olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn edilib.