Daily Archives: 05.04.2024

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ASLAN SALMANOV

Стандартный

Aslan İsrafil oğlu Salmanov (5 aprel 1988TatalılarJdanov rayonu – 27 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Aslan Salmanov 5 aprel 1988-ci ildə Beyləqan rayonunun Tatalılar kəndində anadan olmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Aslan Salmanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.  27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.