AZƏRBAYCANLI GENERALLAR: TƏRLAN ƏLİYARBƏYOV

Стандартный

Tərlan_Əliyarbəyov.jpg

Əliyarbəyov Tərlan Abdulla oğlu (d. 28 noyabr 1892Ağsu — ö. 15 fevral 1956Bakı) — sovet hərbi xadimi.

Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Ağsu kəndində (indiki Ağsu şəhəri) anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1914-1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, Şamaxı alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuşdur. 1918-1919-cu illərdə Müsavat ordusunda alay komandiri, həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur.

1920-ci ildə Azərbaycanın rus ordusu tərəfindən işğalından sonra könüllü şəkildə «Qızıl» Orduya qatılmışdır. 1923-1929-cu illərdə Azərbaycan SSR hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1925-1931-ci illərdə Azərbaycan MİK-nin üzvülüyünə namizəd seçilmişdir. 1927-ci ildə M.B.Frunze adına Hərbi Akademiya yanında Ali komanda heyəti kursunu bitirmişdir. 1930-1938-ci illərdə Zaqafqaziyanın müxtəlif hərbi məktəblərində işləmişdir. 1941-ci ildə M.B.Frunze adına Hərbi Akademiyanı bitirmişdir.

İkinci dünya müharibəsi illərində 416-cı atıcı diviziyanın komandanı, 58-ci korpusun komandir müavini olmuş, 1944-cü ildə general-mayor rütbəsi almışdır. 1946-1948-ci illərdə Azərbaycan SSR maarif nazirinin müdafiə işləri üzrə müavini işləmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. 1948-ci ildə istefaya çıxmışdır.

Mükafatları:

Lenin ordeni

Qırmızı Bayraq ordeni

Qırmızı Ulduz ordeni

Müxtəlif medallar

 

vikipediya

Обсуждение закрыто.