Daily Archives: 18.11.2016

«KOROĞLU» DASTANI: «İYİD GƏRƏK YAR SEVMƏYƏ…»

Стандартный
«KOROĞLU» DASTANI: «İYİD GƏRƏK YAR SEVMƏYƏ…»

İyid gərək yar sevməyə
Özü tək gedə, tək gedə.
Müxənnət qəddin əyməyə
Özü tək gedə, tək gedə.

 
Nigarın şirin dilləri,
Bağrıma sancıb milləri,
Uzaq-uzaq mənzilləri
Özü tək gedə, tək gedə.

 
Qəniminə qılınc çala,
Ölkəsinə talan sala,
Düşmənlər üstə baş ala,
Özü tək gedə, tək gedə.

 
Dala polad yarağına,
Düşə iyid sorağına,
Yüz tülkünün qabağına,
Özü tək gedə, tək gedə.

 
Koroğluyam, haşa-haşa,
Girrəm xotkarla savaşa,
Qırat döşlətməyə paşa,
Özü tək gedə, tək gedə.

 

(«Koroğlunun İstanbul səfəri»)

Реклама