Daily Archives: 28.11.2016

ŞƏHİDLƏR: AĞDAMLI HABİL ƏLİYEV

Стандартный

Habil Misir oğlu Əliyev  1971-ci il noyabrın 28-də Ağdamın Quzanlı kəndində anadan olub. 1988-ci ildə orta məktəbi bitirəndən sonra bir müddət kolxozda çalışıb.

İşlədiyi müddətdə keçirdiyi ağır xəstəlik Habili Bakı xəstəxanalarından birinə gətirib çıxartdı. Bir neçə aylıq müalicədən sonra o,yenidən kəndə qayıtdı və artıq əsgərlik yaşının çatmasına baxmayaraq, həkimlərin qərarıyla xidmətdən möhlət hüququ aldı. Bu möhlət müddəti hər dəfə uzadıldığından güman olunurdu ki, həkimlər Habili hərbi xidmətdən birdəfəlik azad edəcəklər. Ancaq bu, qətiyyən onun ürəyindən deyildi. Xocalı faciəsindən, Şuşa və Laçının işğalından sonra daha onun qarşısını heç nəylə almaq mümkün deyildi. Tibbi komissiyadan keçmədiyinə görə dəfələrlə hərbi komissarlıqdan geri qaytarılan Habil, nəhayət, təkidi və inadkarlığı hesabına 1992-cı ilin 10 iyununda milli ordu sıralarına qoşuldu.

Habilin döyüş yolu Ağdam və Ağdərə bölgələrindən keçib. 1992-ci iyun yay aylarında qanlı döyüşlərdə o, fəal iştirak edib, Canyataq, GülyataqQazançıQalayçılar, Fərrux məntəqələrinin düşməndən azad olunmasında böyük fədakarlıq göstərib. Dəfələrlə təhlükəli vəziyyətə düşsə də, yüksək döyüş qabliyyəti sayəsində özünü, döyüşçü dostlarını və sürücüsü olduğu hərbi texnikanı xilas etməyə müvəffəq olub. İki dəfə yaralanmasına baxmayaraq döyüş bölgəsini tərk etməyib və yaralandığı haqda ailəsinə heç bir xəbər çatdırılmayıb. Döyüşlərdə göstərdiyi igidliyə görə Habil vzvod komandiri vəzifəsinə təyin olunub.

1992-ci il sentiyabrın 25-də Habili son döyüşü oldu. O gün Fərrux dağı uğrunda gedən döyüşdə Habil minaatan qəlpəsindən ağır yaralanır. Çox böyük çətinliklə, maşından — maşına götürülməklə hərbi qospitala çatdırılsa da yolda xeyli qan itirir. Həkimlər onun bədənində cərrahiyə əməliyyatı aparsalarda Habili xilas etmə mümkün olmur. Habil elə qospitalda həlak olur. Habil Əliyev Quzanlı qəbirsanlığında dəfn olunub.

vikipediya

Реклама

AZƏRBAYCANLI GENERALLAR: TƏRLAN ƏLİYARBƏYOV

Стандартный

Tərlan_Əliyarbəyov.jpg

Əliyarbəyov Tərlan Abdulla oğlu (d. 28 noyabr 1892Ağsu — ö. 15 fevral 1956Bakı) — sovet hərbi xadimi.

Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Ağsu kəndində (indiki Ağsu şəhəri) anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1914-1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, Şamaxı alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuşdur. 1918-1919-cu illərdə Müsavat ordusunda alay komandiri, həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Read the rest of this entry