НАЦИОНАЛЬНЫЕ ГЕРОИ: РАСИМ ИБРАГИМОВ

Стандартный

Rasim_İbrahimov

Расим Сахавет оглы Ибрагимов родился 18 апреля 1962 года на острове Чилов в семье нефтяников.  Учился в военном интернате имени Начыванского. Воинскую службу в рядах Советской Армии проходил в ГДР. 

В 1992 году Расим Ибрагимов на территории физулинского района с местными добровольцами  создает отряд самообороны. 28 июня 1992 года отряд оказывается в окружении армянских формирований. Чтобы не сдаваться в плен, Расим Ибрагимов подорвал себя гранатой.

16 сентября 1994 года указом президента Азербайджанской Республики Расиму Ибрагимову посмертно присвоено звание Национального Героя.

На острове Чилов герою воздвигнут памятник.

İbrahimov Rasim Səxavət oğlu — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov «Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!»,-deyərək özünü qumbara ilə partladır.

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.

Обсуждение закрыто.