Daily Archives: 24.02.2016

24 FEVRAL — ABDULLA ŞAİQİN DOĞUM GÜNÜ

Стандартный

Abdulla_Saiq

Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə, d. 24 fevral, 1881, Tiflis, Rusiya İmperiyası — ö. 24 iyun, 1959, Bakı, Azərbaycan SSR) — azərbaycanlışair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1940).

KEÇİ

Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma

Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?

Çoban açınca gözün
Qalar iki buynuzun.

XORUZ

Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!

UŞAQ VƏ DOVŞAN

U ş a q

-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.

D o v ş a n

-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.

24 FEVRAL 1991 — LAÇIN-YEVLAX AVTOBUSU PARTLADILIB

Стандартный

avtobus yevlaxtyuhj

24 fevral 1991 — Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası həyata keçiriblər. Laçın-Yevlax yolunda sərnişin avtobusunun partladılması nəticəsində 7 azərbaycanlı həlak olub.

24 FEVRAL — İSA QƏMBƏRİN DOĞUM GÜNÜ

Стандартный
24 FEVRAL — İSA QƏMBƏRİN DOĞUM GÜNÜ

İsa Qəmbər (tam adı: İsa Yunis oğlu Qəmbər; 24 fevral 1957, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Yeni Müsavat qəzetinintəsisçisi (7 noyabr 1987 — 8 noyabr 2009); Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü (1989 — 1992); Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin XII çağırış deputatı; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (1991); Azərbaycan Respublikası Ali Sovetinin 3-cü sədri (18 may 1992 — 13 iyun 1993); Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (17 may 1992 -16 iyun 1992); Müsavat Partiyasının 5-ci başqanı (noyabr 1992 — 28 sentyabr 2014); Bizim Azərbaycan blokunun həmtəsisçisi (2003 — 2005); Azadlıq blokunun həmtəsisçisi (2005 — 2006); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013-2014)

Иса Юнис оглы Гамбар (азерб. İsa Yunis oğlu Qəmbər ; 24 февраля 1957, Баку) — азербайджанский политический деятель, бывший и. о. президента страны, Председатель Милли Меджлиса Азербайджана (1992—1993), в настоящее время — лидер оппозиционной партии Мусават.

Иса Гамбаров родился 24 февраля 1957 года в селе Кюдлер (ныне село Гурдлар) Физулинского района АССР. В 1979 году окончил Бакинский государственный университет по специальности история.

1982—1990 работал в Институте востоковедения АН АзССР.

1989—1991 был одним из основателей и руководителей Народного фронта Азербайджана.

В мае 1992 стал спикером азербайджанского парламента.

19 мая — 16 июня 1992, после отстранения от власти Аяза Муталибова, исполнял обязанности Президента Азербайджана.

VİKİPEDİYA

 

24 FEVRAL — ƏLİ BƏY HÜSEYNZADƏNİN DOĞUM GÜNÜ

Стандартный
24 FEVRAL — ƏLİ BƏY HÜSEYNZADƏNİN DOĞUM GÜNÜ

Alibek_Huseynzade

Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral 1864 —17 mart 1940) — Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri vardır.

1864-cü il 24 fevralda Salyanda anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.

200px-Portrait_of_Sheikhulislam_by_Huseinzade«Şeyxülislamın portreti»,Hüseynzadənin çəkdiyi portret

Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu.  Read the rest of this entry