Daily Archives: 08.02.2016

8 FEVRAL 1924 — BAKIDA İLK TRAMVAY YOLA ÇIXIB

Стандартный

Первым маршрутом бакинского трамвая был Вокзал — пл. Азнефть, общей протяженностью 6,6 км. Официальное открытие состоялось 8 февраля 1924 г. Максимальной протяженности в 117 км трамвайная система Баку достигла в 1939 г.

First_Tram_in_Baku8 fevtal 1924-cü il, ilk tramvayın istismara verilməsi

XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ictimai nəqliyyat növünün inklişafına tələbat yaratdı. 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda “konqa” (polad rels xəttiylə işləyən fayton) tikilmişdi. Lakin nə faytonlar, nə də konqo neft paytaxtının tələbatını ödəmirdi.

1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəldi. Bu təklifin reallaşması 20 il ləngiyirdi. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlandı. Əvvəl lazımi vəsait olmadığından, relslər Rusiyanın bir neçə zavodunda sifariş olundu.

Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.

Vokzal_leninİlk tramvay vağzala gedir

Реклама

8 FEVRAL 1806 — GENERAL SİSİANOV BAKIDA ÖLDÜRÜLÜB

Стандартный

Pavel Dmitriyeviç Sisianov (1754-1806) — gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı. 1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində Aslan Bəy tərəfindən öldürülüb.

Pavel_Dmitrievich_Tsitsianov_1

Pavel Sisianov 1754-cü ildə 9 və ya 20 sentyabr tarixində Rusiya İmperiyasının Moskva şəhərində gürcü ailəsində anadan olub. 1796-cı ildə o imperatriçənin razılığı ilə qraf Zubovun başçılığı altında Cənubi Qafqazın işğalı üçün yola düşdü. 1797-ci ildə istefaya çıxdı, lakin çar I Aleksandrın hakimiyyəti dövründə yenidən xidmətə daxil oldu. 1802-ci ildə Həştərxanın hərbi qubernatoru və Rusiyaya yeni birləşdirilmiş Gürcüstanda baş komandan tərəfindən Qafqaza piyada qoşunun inspektoru təyin edilmişdir. 1803-cü ildə Rusiyanın tərəfinə keçmiş etnik gürcülərdən təşkil olunmuş 4500 nəfərlik könüllü qoşun ilə birlikdə Qafqazın alınması üçün Tbilisiyə hücum edir. Gürcüstanı ələ keçirdikdən sonra Cənubi Qafqaza hücum edir. 1804-cü ildə Gəncə xanlığını işğal edir və Cavad xanı qətlə yetirir. Bu işğala görə ona piyada generalı rütbəsi verilir. Bir neçə Azərbaycan xanlığını işğal edir. Onların arasında Gəncə, Şamaxı, Şəki və Qarabağ xanlıqları var.

1805-cı ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasada ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısının yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda onun qardaşı oğlu Aslan bəy tərəfindən öldürülür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi. 1811-ci ildə Sisiyanovun cəsədi Tbilisiyə aparılaraq orada kilsə qəbiristanlığında basdırılır.

SİSYANOVUN QƏTLİ

Намереваясь установить контроль над Баку, Цицианов осадил его в начале 1806 года и добился от бакинского хана Хусейн-Кули обещания передать крепость русским. 8 февраля 1806 года должна была происходить церемония мирной сдачи Баку. В сопровождении подполковника князя Элизбара Эристова и одного казака Цицианов подъехал к стенам города. Когда хан вручал ему ключи, Ибрагим-бек, один из приближённых хана, внезапным выстрелом из пистолета убил Цицианова. Был убит и князь Эристов. Обезглавив Цицианова, хан и его слуги захватили с собой его голову и укрылись в городе. Потеряв командира, небольшое русское войско вынуждено было отступить. Голову Цицианова Хусейн-Кули отослал персидскому шаху. Но хан торжествовал недолго: уже в октябре 1806 года, когда русские войска вновь подошли к Баку, Хусейн-Кули бежал, а его ханство было присоединено к России.

 

В 1806 году тело Цицианова было перезахоронено в церкви, расположенной в крепости Баку, а в 1811 году было перевезено в Тбилиси и похоронено в Сионском соборе.