Daily Archives: 19.02.2016

19 FEVRAL 1988 — BAKIDA İLK ETİRAZ MİTİNQİ

Стандартный

19 FEVRAL

Ermənilərin separatçılığına cavab olaraq, 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi.  İstirakcilar “Qarabag bizimdir!” suarları ilə Elmlər Akademiyası binasının qarsısından Ali Sovetə qədər yürüs etdiler. Bakida və Dagliq Qarabaga yaxin rayonlarda baslayan ilk çıxıslar, kutləvi aksiyalar yukslən xətlə inkisaf edrək xalq hərəkatina cevrildi

Реклама

19 FEVRAL 1993 — NAXÇIVANLI QƏHRƏMAN YUSİF MİRZƏYEV HƏLAK OLUB

Стандартный

Yusif Mirzəyev

Yusif Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur.

1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Yusif tez bir zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevirilir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edə bilmişdi. Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Naxçıvan şəhərində büstü qoyulmuşdur. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.

 

19 FEVRAL -MARNEULİLİ QƏHRƏMAN VƏZİR SƏDİYEV HƏLAK OLUB

Стандартный

Vəzir Sədiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

VƏZİR SƏDİYEV

6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.

Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdşur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu.

Ailəli idi, bir övladı qalıb.