Daily Archives: 13.02.2016

ANS PRESSDƏKİ BİNAMUSLAR! ŞƏHİD QANI SİZİ TUTSUN!

Стандартный

-ELMİR ZEYNALOV

Azərbaycan mətbuatında verilən məlumata görə, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

22 yaşlı şəhid bu gün Goranboy rayonu Əhmədabad kəndində dəfn olunacaq. O, Azərbaycan silahlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçirmiş. 

Elmir Zeynalov ailənin yeganə oğlu olub. Ailəli olmayıb.Onun əmisi isə 1992-ci ildə şəhid olub. 

Deyirlər ki, guya müdafiə naziri Zakir Həsənov nazir balalarını da hərbi xidmətə çağırır. Ancaq göründüyü kimi, ölənlər kndli, kasıb balalarıdırlar.

Daha bir vacib şey: ANS Press şəhid əsgərin bir neçə şəklni, həmçinin dəfn yerindən şəkillər yayıb. Şəkillərin hamısına, şəhidin də sinəsinin üstündən ANS Press-in loqosu basılıb. Kasıb uşaqları canlarının verirlər, valideynlərinin ürəyinə dağ çəkilir, ANS Prüss-dən olan binamuslar isə reklam hayındadırlar. Ən hiddətləndirici odur ki, əsgərin şəklini onlar çəkməyiblər, yəqin ki, sosial şəbəkələrdən götürüblər…

Heç bir ölkə mətbuatında belə şey yoxdur. Ölünün, hətta şəhidin xatirəsini təhqir etmək adəti Ancaq Azərbaycanda normadır. Sütül uşaqıar canlarını versinlər, bunlar da onların şəklinə batmış adlarını bassınlar, elə bil heyvan cəmdəyinə veterinar möhürü vurulur…

Ar olsun…

Реклама

13 FEVRAL — MİLLİ QƏHRƏMAN XANOĞLAN MƏMMƏDOVUN DOĞUM GÜNÜ

Стандартный

XANOĞLAN

Xanoğlan Məmmədov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Pirişküldə, Murovdağda xidmət etmişdir.

Xanoğlan Məmmədov bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

vikipediya

 

ƏLİABBAS QƏDİROVUN 70 İLLİK YUBİLEYİ

Стандартный

 

ƏLİABBAS QƏDİROV

Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.