Tag Archives: Tıq-tıq xanımın nağılı

24 FEVRAL — ABDULLA ŞAİQİN DOĞUM GÜNÜ

Стандартный

Abdulla_Saiq

Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə, d. 24 fevral, 1881, Tiflis, Rusiya İmperiyası — ö. 24 iyun, 1959, Bakı, Azərbaycan SSR) — azərbaycanlışair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1940).

KEÇİ

Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma

Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?

Çoban açınca gözün
Qalar iki buynuzun.

XORUZ

Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!

UŞAQ VƏ DOVŞAN

U ş a q

-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.

D o v ş a n

-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.