Daily Archives: 27.02.2016

MART 1918. ŞAMAXI QIRĞINI

Стандартный

1918 şamaxı

Mənbə: MDAor AzSSR,F.1061, op.1,i.99, l.12

XAHİŞNAMƏ

Bizə belə bir xəbərin sorağı çatıb ki, indiki zamanda axtarış polisi tərəfindən həbs edilən Stepan Lalayev Sizin sərəncamınızdadır. Əlahəzrət, Allah xatirinə, ədalət və insan sevgisi naminə biz sizə müti bir xahişlə müraciət edirik. Bu, vicdanını zərrəsinə qədər itirmiş qanicən insanın, biz şamaxılılara qarşı törətdikləri vəhşiliklərə görə hərbi məhkəməyə verəsiniz. Mart ayında o özünün quldur dəstəsi ilə Şamaxıya gəldi, öz yolunda bütün kəndləri yerlə-yeksan elədi, sakinlərin isə demək olar ki, hamısını qılıncdan keçirdi. Onun şəhərdə törətdiklərini yazmaq qeyri-mymkündür. Şəhərin bütün kişi əhalisini kəsib- doğradılar, oğlan uşaqlarına belə rəhm etmədilər, qadınları qolu bağlı kişilərin və hətta uşaqlarının gözü qarşısında zorladılar. Şəhər kökünədək dağıdılmışdı, sonra isə — yandırıldı, heç bir məscid salamat qalmadı, beş min evdən yalnız Real məktəbin binası sağ qaldı. Şəhər indiki məqamda bir məzarıstana çevrilib. Bütün bu bədbəxtliklərdə yalnız S. Lalayev günahkardır, ona görə ki, bütün vəhşiliklər onun əmri ilə törədilirdi, və ağla gətirmək mümkündürmü ki, belə bir insan cəzadan yaxa qurtara bilsin? Bütün yazılanları təsdiq etmək üçün, Əlahəzrət, biz Sizdən Şamaxıya tabeçiliyinizdə olanlardan birini ezam etməyinizi xahiş edirik.

 

29 noyabr 1918-ci il. Bakı şəhəri (imzalar)

 

 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyandılar və şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tutdular. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz oldu. Çünki bir gün əvvəl erməni yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Əvvəlcədən döyüşə hazırlıq görməyən azərbaycanlılar müdafiə olunmağa təşəbbüs göstərsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Ermənilər və molokanlar bir neçə saatdan sonra şəhərin azərbaycanlılar yaşayan və erməni hissəsi ilə sərhəd olan “Piran-Şirvan” məhəlləsinə soxula bildilər.

Read the rest of this entry