Daily Archives: 22.02.2016

22 FEVRAL — AZƏRBAYCAN DAHİSİ CƏLİL MƏMMƏDQULUZADƏNİN DOĞUM GÜNÜ

Стандартный

CƏLİL MƏMMƏDQULUZADƏ

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur «Molla Nəsrəddin» ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir.

Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı «Çay dəstgahı» alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, «Kişmiş oyunu» komediyasını və «Danabaş kəndinin əhvalatları» (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

1903-cü ildən Tbilisidə nəşr edilən «Şərqi-Rus» qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında «Şərqi-Rus» qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. «Poçt qutusu» adlı ilk mətbu əsəri, «Kişmiş oyunu», Lev Tolstoydan tərcümə etdiyi «Zəhmət, ölüm və naxoşluq» hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1966).

İlk nömrəsi 1906-cı il aprelin 7-də  çıxan «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı.  1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada «Molla Nəsrəddin»in 8 nömrəsini çap etmişdır.

Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxanbazar rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. 

22 FEFRAL 1988 -ƏSGƏRANDA İKİ AZƏRBAYCANLI ÖLDÜRÜLÜB

Стандартный

Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci (Əli Hacıyevi və Bəxtiyar Quliyevi) qətlə yetirdilər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin Baş Prokrorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi. 

«- Кстати, чем завершилось расследование убийства двух азербайджанцев в Аскеране?

— Инцидент в Аскеране произошел в феврале 1988 года. Толпа людей направилась из Агдама в сторону Ханкенди. На дорогах с армянской стороны были установлены баррикады. При попытке прорваться через баррикады в агдамцев был открыт огонь из охотничьего ружья. Один молодой человек получил смертельное ранение, другой был тяжело ранен. Расследовать это преступление было очень непросто. Все было политизировано, и никто не давал добросовестных показаний. И все же мы установили личность человека, который стрелял, и арестовали его. Вначале его держали в шушинской тюрьме, а затем перевели в Бутырскую тюрьму в Москве. В последующем это уголовное дело было прекращено на основании того, что стрелявший «действовал в рамках необходимой самообороны».

Из интервью бывшего следователя Генеральной прокуратуры СССР Константина Майданюка