Daily Archives: 17.02.2016

«MOLLA NƏSRƏDDİN»: CULFADA QANLI HADİSƏ

Стандартный

Culfada 3 fevral gecəsi “Anqliya” mehmanxanasında ittifaq düşən qanlı hadisə

Некий кровавый инцидент в Джульфе

1914-05 CULFADA QANLI HADİSƏ

Ax! Nainsaf Kablayı Məhəmməd Şəfi! Sən ki könlünü özgəyə bağlayacaq idin, niyə məni aylarla bənd edib saxlamısan?! İndi çək öz əməlinin cəzasını…

«Molla Nəsrəddin», 1914-05

17 FEVRAL 1992 — QARADAĞLI KƏNDİNİN İŞĞALI

Стандартный
17 FEVRAL 1992 — QARADAĞLI KƏNDİNİN İŞĞALI

 

Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı 
Qaradağlı əhalisi 800 nəfərdən bir qədər çox olan  kənd idi.
1988–ci ilin əvvəlindən rayon mərkəzində Dağlıq Qarabağın və rayonun azərbaycanlılardan təmizlənməsi tələbi ilə ermənilərin keçirdiyi mitinqlərin ardı arası kəsilmirdi. Bunu görən Qaradağlı sakinləri kəndin ətrafında postlar, həmçinin kənd əhalisini qorumaq üçün özünümüdafiə dəstəsi yaratdılar. Qaradağlı demək olar hər tərəfdən ermənilərin yaşadığı, və erməni silağlı dəstələrinin nəzarətində olan kəndlərlə əhatə olunmuşdu.

1991–ci ilin noyabrında kəndin yolu hər tərəfdən kəsilir, əhalini yalnız vertalyotlar vasitəsilə çıxarmaq mümkün olur, yerli özünümüdafiə dəstəsi 1992–ci ilin fevralına kimi kəndi qorumağa müvəffəq olur.
Qaradağlının bir çox sakini erməni quldurları tərəfindən qətlə yetirilmişdir belə ki, 1990–ci il 24 noyabr tarixində Xocavənd Xankəndi yolunun yaxınlığında kəndin 3 sakini qətlə yetirilir. 
9 yanvar 1991–ci ildə “UAZ” markalı avtomobil kəndin yaxınlığında erməni quldurları tərəfindən atəşə tutulur, nəticədə bir nəfər yerindəcə həlak olur 4 nəfər yaralanır, yaralılardan ikisi bir müddət sonra vəfat edir.
8 mart 1991–ci ildə erməni silahlıları daha iki nəfər kənd sakinini qətlə yetirir.
28 iyun 1991–ci ildə ermənilər Qaradağlıdan bir neçə kilometr aralıda yerləşən fermada üç nəfəri (3 qadın 3 kişi) diri-diri yandırır. 
8 sentyabr 1991–ci ildə Xankəndi-Xocavənd yolunda erməni silahlıları Ağdamdan Qaradağlıya gələn içərisində 40 nəfər sərnişinin olduğu avtobusu iki tərəfdən atəşə tuturlar. Nəticədə yerindəcə 8 nəfər (6 qadın, 2 yeniyetmə) həlak olur, çox sayda adam yaralanır, yaralılardan 5 nəfəri bir qədər sonra aldığı xəsarətlərdən vəfat edir. 
8 yanvar 1992–ci ildə kəndin iki sakini Böyük vətən müharibəsi iştrakçısı Əliyev qasım və 23 yaşlı Məzahir Gülverdiyev ermənilər tərəfindən qətlə yetirilir.

Qaradağlının işğalının qarşısını almaq üçün yerli özünümüdafiə dəstəsi 12 yanvar 1992–ci ildə “Aramo” və “Arabo” dəstələrinin qərargahı və çoxlu sayda erməni silağlısının cəmləşdiyi Xocavənd rayon mərkəzinə (Martuni) silahlı həmlə təşkil edir.

Fevralın 14 də Qaradağlını mühasirədə saxlayan ermənilər kənd istiqamətində hücuma keçirlər, hücumda “Aramo” və “Arabo” dəstəsinin üzvləri eləcə da 366–ci alayın şəxsi heyyəti və texnikası iştrak edir. Ermənilər kəndi yalnız fevralın 17 kənddəki özünümüdafiə dəstəsinin üzvlərinin hərbi sursatı qurtardıqdan sonra kəndə daxil olub onu işğal edə bilirlər. Kənddə olan 118 nəfər əsir götürülür. Əsir götürülmüş insanlardan 33 nəfəri qətlə yetirilir (Markar Melkonyan 38 nəfərin oldürüldüyünü yazır). Məşhur erməni terrorçusu Qaradağlının işğal edən ermənilərə başçılıq etmiş Monte Melkonyanın qardaşı Markar Melkonyan ABŞ – da yazdığı “My Brother’s Road” (Mənim qardaşımın yolu) kitabında Qaradağlının işğalı haqda bunları yazır: “Aramo və Arabonun əsgərləri 38 nəfər əsiri göstərdilər, onların içərisində qadınlar da var idi, onlar kənddən aralı dərənin içərisində idilər.

Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri obundan sonra  əsirləri bıçaqlamaqa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu o bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi. Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi”.

Digər əsirləri yük maşınlarına yükləyib Xankəndiyə aparırlar. Yol üstündə olan erməni kəndlərinin sakinləri çıxıb azərbaycanlı əsirlərə tamaşa edirdilər. Vaxtaşırı maşınlar dayanırdı əsirləri yerə düşürüb tamaşa edən ermənilərin qözü qarşısında güllələyirdilər. Xankəndiyə Qaradağlıda əsir götürülmüş 118 nəfərdən yalnız 52 nəfər qötürülür, qalanları yolda və kəndin özündə qətlə yetirilir.

Erməni əsirliyində daha 7 nəfər qətlə yetirilir. 45 nəfər əsiri Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə əsirlikdən qaytarmaq olur.

Qaradağlıda qətlə yetirilənlərdən 10 nəfəri qadın 8 uşaq idi 2 ailə 4 üzvünü 42 ailə ailə başçısını itirir, 140 uşaq yetim qalır.
http://davam.az/print:page,1,8613-qaradal-soyqrmndan-21-il-tr.html