Daily Archives: 15.02.2016

FEVRAL 1919. NAVAHİ KƏNDİNƏ BAXIŞ PROTOKOLU

Стандартный

Bakı quberniyasının Şamaxı qəzasının 
Navaqi kəndinə baxış protokolu

Mənbə: MDAor AzSSR,1061,f.349,op. 1 vah. Xr.№57, səh.19-20

1919-cu ilin fevralın 13-cü günü biz, Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvləri Mixaylov və Keyussovski aşağıda imza atan şahidlərin: Nəvaqi kənd kəndxudası və kəndin ev təsərrüfatçılarının iştirakı ilə Nəvaqi kəndinə baxış keçirdik ki, kəndin ermənilərin hucumundan dağılma dərəcəsini və xarakterini aydınlaşdıraq. Belə məlum oldu ki, Navaqi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür. Kəndin … şöbəsində uzaqdan yanğından tam yanmış evlərin mənzərəsi açılır. Yanğından və dağıntılardan heç bir malikanə salamat çıxa bilməyib, bir neçə yeni tikilmişlər istisna olmaq şərtilə, bütün qalan 2000 yaxın evin hamısı yanmışdır və hal hazırədək yanan divarların xarabalıqlarını xatırladır. Kəndin nisbətən varlı adamlarının evləri bərpa edilir və bunlarda dağıntılardan sağ çıxa bilən bir neçə ailə yaşayır. Kəndin nüfuzlu tikintiləri digərlərinə nisbətən daha güclü yanğına məruz qalıblar, ələxsüs məscid, 12 otaqdan ibarət olan böyük məktəb binası, kənd idarəsi, … evlə birlikdə, dəyirmanlar, daş binövrə ilə qaldırılan bütün əs…tikililər. Kənddə 80 yaxın dükan, mağaza, mallarla dolu anbarlar yanmışdır. İki mərtəbəli evlərdən başqa bir sıra başqa təsərrüfat tikililəri olan ən böyük malikanələr yanıb. Hacı Şirəli Hacı Mürsəl oğlunun, Hacı Mövsümə-Meşaçli Yəhya oğlu, Hacı Səftərə Əsgərova, Hacı Kəlbalı Hüseyn Əli oğlu, Mahmud Xeydər oğlu, Məşədi Səməd bəy Ələsgərbəyov, Kərbalayi Rustəm Səməd oğlu, Hacı Ağa Mirzə Kərbalyi Abbas oğlu, Məşədi Səfər Əli Hacı Pirim oğlu, Fərəculla bəy Mirzə-Baxış Pənah xan Əli oğlunun böyük malikənələri yandı. 

Malikanələrdə olan meyvə bağları da həmçinin odun üçün doğranılıb və yandırılıb. Böyük evlərdən və tikililərdən 300 yanıb, ümumi yanan tikililərin sayı isə ümumiyətlə ….. 2000-nə qədərdir. 30 yaxın ot tayası, samanı və otu presləyən maşın…Yuxarıda sadalanan rəqəmlərdən savayı… belə qənaətə gəlmək olar ki, Navaqi kəndi çox boyük və varlı idi, indiki haldasa onu tamamilə uçurdulmuş xarabazarlıq kimi qəbul etmək lazımdır. Tərtib edilən izahat iştirak edən şəxslərin imzası ilə təsdiq edilərək protokol kimi qismində hazırlanmışdır (İşlə bağlı əlavəyə «Qətllər haqqında 21 akt və xüsusi adamların 2 ərizəsi əlavə edilmişdir». (ll.-24-27). Bundan sonra aktların birini əlavə edirik).

Şahidlər (imzalar)

Kənd kəndxudası (imza)

Komissiya üzvləri (iki imza)

15 FEVRAL -TATAR ŞAİRİ, SOVET İTTİFAQI QƏHRƏMANI MUSA CƏLİLİN 110 İLLİK YUBİLEYİ

Стандартный

MUSA CƏLİL

Musa Cəlil (tat. Муса Җәлил, Musa Cəlil, موسا ﺟﮫليل; Муса Мостафа улы Җәлилев, Musa Mostafa ulı Cəlilev; 2 (15) fevral 1906 — 25 avqust 1944) — XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı (1956).

Musa Cəlil Rusiyanın Orenburq şəhərində anadan olmuşdur. 931-ci ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirən Musa Cəlil əvvəl tatar dilində nəşr olunan bəzi uşaq jurnallarının redaktoru, sonralar isə yenə tatar dilindəki «Kommunist» qəzetinin redaktor müavini olmuşdur. Musa Cəlil İkinci dünya müharibəsi illərində sovet ordusunun tərkibində vuruşmuş, 1942-ci ildə almanlara əsir düşərək Şpandau toplama düşərgəsinə göndərilmişdir.

Əsirlikdə də fəallıq göstərmiş, almanların tatarlardan təşkil etdiyi İdil-Ural Legionunun üzvləri arasında antifaşist qüvvələrin yaradıcılarından olmuşdur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi şəkildə qaçışını təşkil etmişdir. Lakin onları satmışlar və Musa Cəlil tutularaq 25 avqust 1944-cü ildə Berlindəki Plötzenzee həbsxanasında digər məşhur tatar yazıçısı Abdulla Alişlə birlikdə edam edilmişdir. Sovet hökuməti ona Vətən xaini damğası «vurmuş», ailəsini isə sürgün etdirmişdir. 1949-cu ildə Musa Cəlilin belçikali əsir yoldaşı SSRİ-nin Brüsseldəki konsulluğuna gələrək onun əsirlikdə olarkən antifaşist qüvvələrinin döyünən ürəyi və düşünən beyni olduğunu söyləmiş, əvvəlcə onun bir neçə şeirini, bir müddət sonra isə iki kitabını konsulluğa təqdim etmişdir. Bu kitablar tezliklə çap olunmuş, 1956-cı ildə şairə bəraət verilmiş və onun əsərlərinin çapına qoyulan qadağa birdəfəlik aradan qaldırılmışdır. Həmin il Musa Cəlilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı,  verilmişdir.

 QUŞCUĞAZ

(parça)

Elə bil qəfəsdə yaşayırıq biz,
Tikanlı məftildi hər tərəfimiz.
Səhərdən ulduzlar görünənədək,
Eşirik torpağı qarışqalar tək.
Budur günəş çıxdı hasar dalından,
Bizə şuasını salmadı bir an.
Ona görə günəş gəlmir yaxına,
Tikanlı məftillər sancılar ona…

(Azərbaycan dilinə tərcümə)

ПРИБАВИВ В ВЕСЕ, МАРВИН К СВОИМ ТИТУЛАМ ДОБАВИЛ ЕЩЕ ОДНО ЗВАНИЕ

Стандартный

С 10 по 13 февраля в Тольятти проходило юношеское первенство Самарской области по боксу, посвященное памяти Владимира Николаевича Макарова, основателя и первого руководителя боксерского клуба «Гайдаровец». Турнир проходил в УСК «Олимп». В весовой категории 63 кг победил самарский спортсмен Марвин Фатуллаев.

 Основной задачей прошедшего турнира был отбор юношей в возрасте 15-16 лет на первенство Приволжского федерального округа. И мы рады, что Марвин оказался в числе победителей.

БОКС НАГРАДЫ

БОКС ТОЛЬЯТТИ СЕРГЕЙ

БОКС МАРВИН