Daily Archives: 11.02.2016

«MOLLA NƏSRƏDDİN»: ZƏNGƏZUR ACLARI

Стандартный

1907-11 aman günüdü, bu qəndii ver mollaya bakıya yazsın acından

«Aman günüdü, bu qəndi ver mollaya, Bakıya yazsın, bizə un göndərsinlər.

(Zəngəzur acları)

«Molla Nəsrəddin», 1907-11

11 FEVRAL — MÖHSÜN SƏNANİNİNXATİRƏ GÜNÜ

Стандартный

Möhsün_Sənani

Мовсун Санани (азерб. Möhsün Sənani), настоящее имя Мовсун Садых оглы Джафаров (азерб. Möhsün Sadıx oğlu Cəfərov) — азербайджанский и советский актёр театра и кино, Народный артист Азербайджанской ССР (1949).

Möhsün Sənani 1900-cü ildə Tiflisin «Şeytanbazar» məhəlləsində ruhani ailəsində anadan olmuşdur. 4-5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır.1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur.. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət Azərbaycanın xalq artisti Əli Qurbanovun anasıdır. O, Möhsünü də, onun bacısını da doğma övladı kimi böyüdür. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

Tiflis,_Tatar_bazaar_(A)

Tiflis, azərbaycanlılaryaşayan Şeytanbazar məhəlləsi

1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur.

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış «Kaveyi-Ahəngər» tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar/

Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli («Arşın mal alan»), Hambal («Məşədi İbad»), Rzaqulu («Nadir Şah»), Kasio («Otello») kimi məsul rollar tapşırılmışdır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan «Səbuhi», «O olmasın, bu olsun», «Sehrli xalat» və s. filmləri qeyd etmək kifayətdir.

 

11 FEVRAL — ELZA İBRAHİMOVANIN XATİRƏ GÜNÜ

Стандартный

ELZA

Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmişdir.

 Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş «Yalan ha deyil» mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi «Qurban verərdim» əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan «Qurban verərdim»lə bərabər «Sən mənə lazımsan» (söz. Əliağa Kürçaylı), «Bağçadan keçmisən» (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, «Afət», «Şeyx Şamil» və «Yanan laylalar» operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən «Ey vətən» əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür.

Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.