Daily Archives: 09.02.2016

MODERATOR.AZ, SƏNƏ AR OLSUN!

Стандартный

Bu gün “Moderator.az saytında “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimovun məşhur xanəndələr Bülbül və Xan Şuşunski ilə bağlı xatirələrinə istinadla” bir yazı gedib, adı belədir “Üzeyir Hacıbəyov Bülbülə niyə “ar olsun” yazdı?” (http://www.moderator.az/news/120467.html)

İstəyən, özü oxuya bilər. Ancaq bir neçə şey çox təəccüb doğurur:

  1. Şövkət Ələkbərova İtaliyada təhsil almayıb, bu gözəl müğənnin milanlıq səsi olmayıb. Milanda təhsil alan Şövkət Məmmədovadır. Özü də inqilabdan qabaq.
  2. Üzeyir Hacıbəyov “Sənsiz romansını 1941-ci ildə yazıb. Bülbül isə Milanda 1927-31-ci illərdə stajçı olub. Və elə bu iki fakt “Cahid Kərimova istinadla” yazılmış məqalənin başdan-ayağa yalan olduğunu göstərir.

«MOLLA NƏSRƏDDİN»: MÜSƏLMAN ANDLARI

Стандартный

1913-01 MÜSƏLMAN ADLARI 2

A bəy, yalan desəm, atam o qara it olsun.

Пусть мой отец будет этой собакой, если я говорю неправду.

1913-01 MÜSƏLMAN ANDLARI 3

 

Yalan desəm, bu çörək məni iki gözdən eləsin.

Да ослепит меня этот хлеб, если я говорю неправду.

Molla Nəsrəddin», 1913-01

9 FEVRAL 1924 — NAXÇIVAN MUXTAR RESPUBLİKASI YARADILIB

Стандартный

NAXÇIVAN QUQL XƏRİTƏ  Naxçıvan GOOGLE xəritəsində

Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu.Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edildi.

Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı.

1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi (Naxçıvan SSR) olduğunu təsbitlədi.

1923-ci ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da muxtar respublika (Naxçıvan MSSR) statusu alıb.

1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (o cümlədən Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kv km) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

Nakhchivan_on_postcardНахичевань на почтовой открытке Российской империи