Daily Archives: 01.02.2016

«MOLLA NƏSRƏDDİN»: NAXÇIVANDA QƏZET BAĞLANANDA

Стандартный

1910 naxçıvan məhkəməsi qəzeti

Bir qəzetənin bağlanmağının şadlıq xəbəri

Naxçıvan məhkəsində “nürgüd”lü Mir İsanın “tans” etməsi”

«Molla Nəsrəddin», 1910-27

1 FEVRAL 2007-Cİ İLDƏ CƏNUBİ AZƏRBAYCAN UNPO-YA QƏBUL OLUNUB

Стандартный
1 FEVRAL 2007-Cİ İLDƏ CƏNUBİ AZƏRBAYCAN UNPO-YA QƏBUL OLUNUB

1 fevral 2007-ci ildə Cənubi Azərbaycan UNPO-nun üzvlüyünə qəbul olunub.

2 fevral 2007-ci ildə Brüsseldə Güney Azərbaycan xalqının Birləşmiş Millətlər Təşkilatında (BMT) Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı — UNPO-nun üzvlüyünə qəbul olunması ilə bağlı mərasim keçirilib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, GAMOH lideri Mahmudəli Çöhrəqanlı UNPO-nun yığıncağında Güney Azərbaycandakı siyasi, iqtisadi, ictimai və mədəni vəziyyət barədə çıxış edib. O, Azərbaycanın tarixi ilə bağlı iştirakçılara məlumat verib və ölkənin Gülüstan müqaviləsi nəticəsində parçalandığını deyib. İrandakı hərəkatın məqsəd və məramlarından danışan M. Çöhrəqanlı xalqın müxtəlif dövrlərdə məruz qaldığı zülm və soyqırımlar haqqında məlumat verib.

UN UNPO 2

Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (ing. Unrepresented Nations and Peoples Organization; UNPO) — 1991-ci ildə yaradılmış beynəlxalq təşkilat. UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar.

UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. . 2007-ci ilin 1 fevral tarixində Güney Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Güney Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.

UN UNPO 1

 

 

 

http://unpo.org/members/7884

1 FEVRAL 1994 — BAKI DƏMİR YOLU VAĞZALINDA TERAKT

Стандартный

01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında «Kislovodsk-Bakı» sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

1 февраля 1994 года. На Бакинском железнодорожном вокзале в поезде Кисловодск-Баку совершен теракт. Погибли 3, были ранены 20 человек.