НАЦИОНАЛЬНЫЕ ГЕРОИ АЗЕРБАЙДЖАНА: ЮНИС НАДЖАФОВ

Стандартный

Yunis Nəcəfov.jpg

Юнис Наджафов родился 31 августа 1967 года в Кельбаджарском районе. Среднюю школу окончил в 1985 году в Геранбойском районе и поступил Бакинское училище общевойсковых командиров. Продолжает учебу в Челябинском танковом училище. В 1989 году Юнис в звании лейтенанта начал воинскую службу, но после январских событий 1990 года был уволен из армии.

В 1991 году Юнис добровольцем отправился на карабахский фронт и был назначен командиром отделения. Он особо отличился при обороне сёл Малыбейли и Керкиджахан и города Шуши. Был направлен в Баку для прохождения курсов, но вскоре опять вернулся на фронт. Старший лейтенант Юнис Наджафов погиб 24 августа 1992 года в боях за село Вянг.

Был холост.

Указом президента Азербайджанской Республики Абульфаза Эльчибея Юнис Иса оглы Наджафов посмертно удостоен звания Национального Героя Азербайджана.

(русский текст – газета «Очаг» Самара)

Yunis Nəcəfov — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı.

1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis «N» saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir. O, KərkicahanMalıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənmişdi. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilir. Lakin Laçın və Şuşaerməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib.

 

 

Обсуждение закрыто.