НАЦИОНАЛЬНЫЕ ГЕРОИ: АГИЛЬ МУСАЕВ

Стандартный

Aqil-Musayev.jpg

Агиль Мусаев родился 3 ноября 1973 года в селе Ашагы Эскипара Газахского района. После окончания местной средней школы учебу продолжил в ПТУ №117 в городе Газахе и получил специальность водителя.

В 1993 году был призван в Национальную Армию. Первый его бой состоялся в Агдамском направлении. Агил также принимал участие в боях на территории Физулинского и Тертерского районов. В одном из боев получил ранения. После лечения вновь вернулся в свою часть.

Агиль Мусаев погиб 5 октября 1994 года в ходе так называемых «гянджинских событий», когда подавлялся вооруженный мятеж.

Указом президента Азербайджанской Республики от 5 октября 1994 года Агилю Мусаеву посмертно присвоено звание Национального Героя Азербайджана.

Похоронен на Аллее шахидов села Азизбейли Газахского района.

(русский текст – газета «Очаг» Самара)

Aqil Musayev 3 noyabr 1973-cü ildə Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir.

1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur.

Aqil Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı.

Aqil Musayev 5 oktyabr 1994-cü ildə Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən, qəhrəmancasına həlak oldu.

Aqil Musayev 5 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin cənab Heydər Əliyevin 215 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanıadına layiq görülmüşdür.

Qazax rayonu Əzizbəyli kəndi Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Обсуждение закрыто.