Daily Archives: 12.11.2017

«KOROĞLU» DASTANI: «DAŞDI BƏYAZİD YOLLARI…»

Стандартный

KOROĞLU

Koroğlu üzünü Eyvaza tutub, dedi:
Ərəbatı yaxşı saxla,
Daşdı Bayazid yolları.
Yollar ayrıcını yoxla,
Beşdi Bayazid yolları.
Halaypozan sənə nökər,
Toxmaqvuran qəhrin çəkər,
Ərəbat nal, mıxın tökər,
Daşdı Bayazid yolları,
Bayazid xoş mənzərədi,
Tülək, tərlana bərədi,
Qayadı, dağdı, dərədi,
Qışdı Bayazid yolları.
İstərəm ər bağrı yaran,
Qanlı meydanlarda duran,
Duman, çovğun, soyuq, boran,
Qışdı Bayazid yolları.
Koroğluyam hour-hour,
Açma qanlı yaram sour,
Ordu qırdım beş yüz kour,
Leşdi Bayazid yolları.

(Koroğlunun Bəyazid səfəri)