Monthly Archives: Июнь 2024

KRASNI YARDA NÖVBƏTİ QONAQLIQ

Стандартный

12.06. 2024-cü ildə Krasnı Yara gedib zərdablı soydaşımız Xudu Kərimovun qonağı olduq. Qonaqlığın əsas hissəsinə qədər içilən çayı Zərdabın Məlikli kəndində içsəydik,  Kürün suyu o qədər azalardı ki, salyanlıların əli quru yerə dəyərdi… Əsas hissədə ətini yediyim heyvanların və quşların adını əvvəllər eşitməmişdim…

Xudu Kərimovla Namiq Məmmədov arasında keçirilən nərd yarışı heç-heçə nəticələndi. Rəqiblərin bir-birinə inam və etibarı o qədər böyük idi ki, zəri stəkanla arırdılar… Camal Əkbərovun yarışda iştirak etməyə yaşı çatmadı. Gələn il bəlkə çata..

Sözümü bitirərək deməliyəm ki, ən azı bir günü Xudu bəyin yanında keçməyən yay, yay deyil, vaydır…

Mirzə ƏLİL

12.05.24, SAMARA

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: RAUF BABAYEV

Стандартный

Rauf Fəxrəddin oğlu Babayev — İkinci Qarabağ müharibəsi şəhidi

Rauf Babayev 5 iyun 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 2007–2018-ci illərdə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsiı almışdır.Sitat səhvi: Xətalı <ref> etiketi; istinad adlandırması yalnız rəqəm ola bilməz. Daha yaxşı başlıqdan istifadə edin

Rauf Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmiş,  1 oktyabr 2020-ci ildə Ağdərə döyüşlərində həlak olmuşdur.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: RAUF ƏLİYEV

Стандартный

Rauf Səxavət oğlu Əliyev (4 iyun 1994ƏbrəqunisNaxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020Hadrut) — Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi.

Rauf Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar RespublikasıCulfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır.

Orta təhsilini Nəsimi rayonu 19 nömrəli məktəbdə almışdır. 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Texnologiya fakültəsini bitirmişdir.

Subay idi.

2015-ci ildə hərbi xidmətə çağırılmış, Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Hərbi xidmətdən sonra əmək fəaliyyətinə Celt Colleges hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri və və çalışdığı vəzifə Azər-Türk Bankda proqramçı  olmuşdur.  İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar qitara ifaçısı olmuşdur.

R. Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Rauf oktyabrın 22-də həlak olub.

 İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: HƏSƏN HƏSƏNOV

Стандартный

Həsənov Həsən Səfər oğlu (3 iyun 1996QuruzmaSabirabad rayonu – 20 oktyabr 2020Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.

3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2014-cü ildə orta məktəbi  bitirdikdən sonra  həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir.Həsən ,hərbi xidməti başa vurduqdan sonra  kəndə qayıdır və ailə həyatı qurur. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi  başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşür. Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında iştirak edir.

Həsən Həsənov 20 oktyabrda Laçın ətrafında gedən döyüşlərdə həlak olub.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: BİNƏQƏDİLİ VÜSAL MƏMMƏDOV

Стандартный

Vüsal Məmmədov (2 iyun 1997Bakı – 12 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Vüsal Məmmədov 1997-ci il iyunun 2-də Bakı şəhərində doğulub. Vüsalın 2 yaşı olarkən atası dünyasını dəyişib. Vüsal 2014-cü ildə Binəqədidəki 182 saylı  məktəbi bitirmiş və Milli Aviasiya Akademiyasına qəbul olunmuşdur.

Vüsal Məmmədov 2019-cu il aprelin 2-də hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı  Suqovuşan döyüslərində iştirak edib.12 oktyabr 2020-ci həlak olub. Onun nəşi noyabr ayının 28-də  döyüş meydanından götürülərək noyabrın 29-da Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: AQŞİN AĞAYEV

Стандартный

Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993UlacalıSabirabad rayonu – 27 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 19992010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı.

Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən  hərbi hissədə xidmət etmişdir. . 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur.

2020-ci ilin Tovuz döyüşlərindən sonra iyulsentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında orduya  çağırılmışdır.  Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, həmlə taborunun kəşfiyyatçısı olan Aqşin Ağayev 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi ı üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. . 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətindəki döyüşlərdə  həlak olmuşdur.