Tag Archives: Zeynəb Xanlarova

RAZİ NURULLAYEV ADİL ƏLİYEVİ XORTUMUNUN ALTINA ALDI…

Стандартный

Razi_Nurullayev

Necə qan ağlamasın daş bu gün!…

Razi Nurullayev Milli Məclisdə çıxış edib bütün ölkəni ağladıb. Deyib ki, İmişlidə adamlar mal-heyvana qarışıb susuzluqdan mələyirlər. Bunu eşidəndə Zeynəb Xanlarıova qəşş edib yıxılıb, Qənirə Paşayeva çaşıb öz yaxasının düymələrini açıb…

Razi Nurullayev İmişli faciəsinin səbəbini də göstərib. Deyib ki, bu fəlakət sisial şəbəkələrdə deputatların tənqid edilməyinə görədir. Çünki sosial şəbəkələrdə deputatları təhqir edirlər, ən çox da Adil Əliyevi…Deyib ki, əgər Məhərrəm Əliyevi də tənqid eləsələr, İmişli camaatının çörəyi də olmayacaq…

Razi Nurullayev vəziyyətdən iki çıxış yolu göstərib: Ya Tsukerberqi çağırtdırıb onunla Bakıda kişi söhbəti eləmək, ya da onun üstünə Amerikaya adam göndərmək. Məsələn, beş-altı çeçen. Qoy Tsukerberq üzr istəsin.

Razi Nurullayed deyib ki, hələlik  Adil Əliyevi bacardığımız qədər müdafiə etməliyik. Ona bir-iki rota əsgər də vermək olar. Tovuzda qələbə çaalandan sonra onsuz da ordumuz eycahandır…

Ah! Vah!

Necə qan ağlamasın daş bu gün…

P.S. Zeynəb Xanlarovanı Sabir Rüstəmxanlı ağız-ağzıa nəfəs verməklə ayıldıb…

 

Mirzə ƏLİL

06. 08. 2020, Samara

BİZƏ, TÜRKÜN MƏSƏLİ, KARDAŞYAN KİMİ DALLI-QABAQLI ARVAD LAZIMDIR…

Стандартный

Collage 2020-07-21 13_34_37

“Çətin vəziyyətə düşən erməni lobbisi Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.

İnanmaq çətindir, ancaq bunu doğrudan da prezidentin köməkçisi HikmƏt Hacıyev deyib…

Çətin vəziyyətdə kimdir? On üç hərbçini, o cümlədən generalı, polkovniki, mayoru itirən Azərbaycan ya dörd itki vermiş Ermənistan?

Doğrudanmı bizə bu zərbələri vuran Kim Kardaşyandır? Bu arvad  sarsıdıcı zərbələrini, türkün məsəli, dalıyla vurur ya qabağıyla? Və bu arvadın qabağına çıxarmağa bizdə arvad yoxdurmu? Zeynəb Xanlarova yaramırmı? Bəlkə Elmira Axundova? Mən onun cavan vaxtını görmüşdüm, dal-qabaq məsələsində Kim Kardaşyandan geri qalmazdı…

Bəlkə Milli Məclisin sədrini çıxarasınız Kardaşyanın, türkün məsəli, qabağına? İndi axı bizim, ayıb olmasın, spikerimiz də arvaddır…

Mən belə başa düşürəm ki, daha Azərbaycanda orduya ümid qalmayıb. Qarşıda əsas məsələ bizə dalıyla, qabaqğıyla zərbələr endirən Kardaşyan kimi arvad tapmaqdır…

Bəlkə müsabiqə keçirmək lazımdır?

Səfərbərlik elan edin — o qədər arvad yazılar ki…

O ki qaldı prezidentin köməkçisinə… Mən belə başa düşürəm ki, Hikmət Hacıyevin əsas vəzifəsi təlxəklikdir. Yəni məzəli sözlər danışıb prezidentin kefini açmaq. Ancaq hörmtli olmaq üçün təlxək demirlər, deyirlər köməkçi…

Yəni Molla Nəsrəddin qarğaya bildirçin deyən kimi. Deyirdi “adını siz qoymamısıız ki…”

 

Mirzə ƏLİL

21.07. 2020, Samara

ARZU NAĞIYEVİN GÖZÜ DOYDU?

Стандартный

arzu_nağıyev

Bu yaxınlarda əlahəzrət prezident fışdırıq bir söz dedi: “Bunların gözü doymur!” Yəni icra başçılarının, nazirlərin gözü doymur. Prezident beş il, on il, on beş il səbrini basıb gözləyir ki, bunların bəlkə gözü doya, xəzinəni və milləti qarət eləməyələr. Ancaq “bunların” gözü doymur ki, doymur..

Mən belə başa düşdüm ki, Azərbaycan dövlətinin əsas problemi gözü doymuş adamların olmamamığıdır. Belə adamları axı hardan tapasan?

Ancaq əlahəzrət prezidentin həll edə bilmədiyi məsələ yoxdur. Deyəsən, bu məsələni də həll edib. Xeyli gözü doymuş adam tapıb təyin edib korrupsiya ilə mübarizə komissiyasına. Bunlardan biri Arzu Nağıyevdir. Çox təəssüf ki, bu nəcib insanı görmək şərəfi və səadəti Mirzə Əlilə nəsib olmayıb. Ancaq İnternetdə şəkilləri çoxdur. O qədər baxmışam ki, axırda təzyiqim qalxıb üç yüzə…

Şəklinə baxan kimi bilinir ki, gözü doyub…

Bu nəcib insan uzun müddət MTN-də  işləyib, yeddi-səkkiz il Eldar Mahmudovun rəhbərliyi altında. İndi əgər Mahmudov dəyəri 100 milyon dollardan artıq sərvət yığıbsa, bu Arzu cənabalrı yəni 1o milyon da yığa bilməzdi?

Əlbəttə, yaığardı. Daha artıq yığardı.

Bir məsələ var: 10 milyon dollarla göz doyar ya doymaz?

Bu da asılıdır gözdən. Gərək biləsən göz yiyəsi kimdir, haralıdır, qudası kimdir, kürəkəni kimdir.

Naxçıvanlının gözü bəlkə doymaz. Naxçıvanlı 100 milyondan aza qane olmaz. Ancaq bu Arzu Nağıyev tovuzludur. Tovuzluların gözü 8-10 milyonla bəlkə doyar.

Bir sözlə, Arzu Nağıyev korrupsiya ilə mübarizəyə hazırdır. Elə sabah, sabirabadlılar demişkən, təzə “qəssum-şalvarını” geyib gedəcək korupsionerləri ifşa etməyə. Özü də lap yuxarıdan başlayacaq.

Millət vəkili Zeynəb Xanlarovanın parikinə and olsun!

Belə-belə işlər…

Yazının bu yerində fasilə edib hönkür-hönkür ağladım. Çünki vətənimi çox sevirəm və belə abırsız insanların ölkəmi oğruxanaya çevirməyi ürəyimə dağ çəkir…

Zeynəb Xanlarova necə oxuyurdu? “Ay mənim Arzu qızım…”

Arzu Nağıyev elə o mahnı yaşda olar.

Bizim bütn həyatımız və inkişafımız budur…

Deyirlər ki, komissiya üzvlərinə pionerlər kimi and içdirirlər.

“Korrupsiyaya qarşı mübarizəyə hazır ol”

“Həmişə hazıram!”

Yalançının lap….

 

Mirzə ƏLİL

05. 06. 2020, Samara

28 DEKABR — ZEYNƏB XANLAROVANIN DOĞUM GÜNÜ

Стандартный

zeyneb-xanlarova_749310

Xanlarova Zeynəb Yəhya qızı (d. 28 dekabr 1936, Bakı, Azərbaycan SSR, SSRİ) — müğənni, xanəndə, Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1985).

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Zeynəb Xanlarova  “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə

1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun «Leyli və Məcnun», «Əsli və Kərəm» operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında «Çahargah» muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.

vikipediya