Tag Archives: Zakir Nüsrət oğlu Məcidov

NEFTÇALALI QƏHRƏMAN TƏYYARƏÇİ ZAKİR MƏCİDOVUN BU GÜN 60 YAŞI TAMAM OLARDI

Стандартный

Zakir-Mecidov-milliqehr

Zakir Məcidoiv 1956-cı il 26 iyun Neftçala rayonunda anadan olmuşdur. 1963-cü ildə Bakı şəhərində 17 saylı orta məktəbi bitirmişdir. 1974-cü ildə Ryazan vilayətində Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1980-cı ildə Zabrat qəsəbəsindəki aviadəstənin AN-2 təyyarəsinin komandiri təyin edilir. Daha sonra Mİ-2 vertolyotunda təkmilləşmə kursu keçdikdən sonra Qarabağa uçuşlar edərək erməni işğalçılarının canlı qüvvə və texnikalarını raket zərbələri ilə məhv edirdi. 1992-ci ilin fevralında Mİ-24 vertolyotlarından birinə komandir təyin edilir, Ağdərəinin Aterk kəndində yerləşən erməni quldurlarının bütün texnikasını demək olarki sıradan çıxarmışdı, düşmən xeyli canlı qüvvə də itirmişdi. 1992-ci ilin avqustun 6-da Zakir erməni yaraqlılarının Kasapet yüksəkliyində üç mövqeyini susdurdu elə bu zaman atılan raket onun vertolyotunu müvazinətdən çıxardı, pilotun səyinə baxmayaraq onlar düşmən əlində olan əraziyə düşdülər ekipaj bütövlüklə qəhrəmancasına həlak oldu.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli, 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.