Tag Archives: Zəngilanın işğalı

29 OKTYABR 1993 — ZƏNGİLANIN İŞĞALI

Стандартный

z%c9%99ngilan

29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

VİKİPEDİYA

. Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.

 

https://faktxeber.com/zngilann-ialndan-21-il-keir—-vdeo_h451680.html

Реклама

OYUNUNUZ OLSUN YOX EY, ŞƏKLİNİZ OLSUN, AY HƏMVƏTƏNLƏR…

Стандартный

Bir neçə ay əvvəl “Ocaq” qəzetinin FB səhifəsində bizim təşkilatımızın tədbirlərində çəkilmiş köhnə şəkilləri yerləşdirməyə başladım. Düşündüm ki, bu şəkillər hamı üçün maraqlı olacaq: hamımız ötən illər ərzində dəyişmişik, uşaqlar böyüyüb, gənclər yaşa dolub, cavanlar… cavanlar da yaşa dolublar. Və beş il, on il qabaq necə olduğumuzu görmək, birgə yaratdığımız hadisələri xatırlamaq yəqin ki, bir az qüssə doğursa da, ümumilikdə xoş olardı.

Təəssüf ki, xoş niyyətlə gördüyüm bu iş (bəzi şəkilləri üzə çıxarmaq üçün saatlarla, günlərlə kompüter arxasında oturmuşam) çoxlarında mənə olan mənfi münasibəti daha da artırdı. Məlum oldu ki, hər kəs öz şəklini görmək istəyir. Elələri də var ki, öz şəklini gündə iki ya üç dəfə görmək istəyir…

Adam bəzən yerə girmək istəyir…

Bunu qoyuram bir yana.

Arxiv şəkillərindən rekord baxım yığan Samarada bizim tədbirimzdə oxumuş bir müğəninnin şəklidir. Bu günə qədər 995 dəfə baxılıb. Buna sevinmək də olardı. Yəni belə başa düşmək olardı ki, biz musiqini və musiqiçiləri sevirik.

%d1%82%d1%83%d1%80%d0%b0%d0%bb

İndi bu əsgərin şəklinə baxın. Bu uşaq (doğrudan da uşaqdır!) 1988-ci ildə Ermənistandan ailəsi ilə qovulub, 18 yaşı olan kimi Azərbaycanda aparıblar əsgərliyə və tezliklə həlak olub.

MİKAYIL MUSTAFAYEV.jpg

Cəmi 29 dəfə şəklinə baxılıb. Özü də bu statistikanın iki qatı var. 29 o deməkdir ki, şəkil 29 istifadəçinin səhifəsində lentdə görünüb, neçə istifadəçi məqaləni açıb oxuyub, məlum deyil. Bəlkə beş adam, bəlkə daha az…

İndi mən deyəndə ki, biz Stepanakerti ala bilmərik, niyə məndən inciyirsiniz? Əsgərə, şəhidə belə münasibətlə biz hərbi uğur qazana bilərikmi? Qazana bilmərik! İnciyən cəhənnəmə incisin!

Biz şəhidə, əsgərə belə münasibətlə nəinki Stepanakerti, hətta Ağdamı, Qubadlını da ala bilmərik, necə ki, ala bilmirik. Kim ki gözləyirsə  “onların vətənini Putin ermənilərdən alıb verəcək, gözləsin.Allah deyir ki, səbr edin, mən səbr edənlərnənəm”.

Bu qəşəng müğənninin  şəklinə də çox baxın. Çünki bu qəşəng müğənninin yetirən torpaq indi erməni müğənniləri yetirir və adını da dəyişib qoyub Kovsagen…

X.X.