Tag Archives: Zəngilan Məmmədbəyli

25 AVQUSTDA HƏLAK OLANLAR: RAMAZAN QULİYEV

Стандартный

Ramazan_Quliyev.jpg

Ramazan Dünyamalı oğlu Quliyev 9 mart 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.

19671978-ci illərdə Məmmədbəyli kənd orta məktəbində oxumuşdur.

Sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb.

19811983-cü illərdə Rusiyada hərbi xidmətdə olmuşdur.

9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşamışdır.

1992-ci ildə Zəngilan RHK-dan Milli Orduya çağırılmışdır. Baş çavuş 865-ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olmuşdur.

1992-ci ilin iyun ayında 2 erməni quldurunu əsir götürmüş və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirmişdir.

23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat etmişdir.

Ramazan Quliyev Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Ramazan Quliyevin ölümündən 10 gün sonra yoldaşı Göyərçinin Nişanə adlı qızı anadan olmuşdur.

Baş çavuş Quliyev Ramazan Dünyamalı oğlu (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.