Tag Archives: Yusif Yusifov şəhid

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GORANBOYLU YUSİF YUSİFOV

Стандартный

Yusif_Yusifov_(şəhid)

Yusif Oqtay oğlu Yusifov (31 yanvar 2002FəxralıGoranboy rayonu – 29 oktyabr 2020Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Yusif Yusifov 2002-ci il yanvarın 31-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2019-cu ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbi bitirmişdir. Subay idi.

2020-ci ilin may ayının 7-də həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini Füzuli rayonunda yerinə yetirməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun son döyüşü Zəngilan rayonunun azadlığı uğrunda olub. Yusif Yusifov oktyabrın 29-da Zəngilan uğrunda döyüşlər zamanı həlak olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn edilib. O, Goranboy rayonundan şəhid olan ən gənc əsgərdir.

vikipediya

Реклама