Tag Archives: Yunis Səfərov

GƏNCƏ DÖYÜNƏN ÜRƏK DEYİL, MEHRİBAN XANIM, GƏNCƏ İMİŞLİ, SAATLI KİMİ BİR YERDİR…

Стандартный

Gəncə hadisələri

Gəncəni bir dəfə görmşəm. Əslində  ağız dolusu “görmüşəm” demək düz deyil. Aeroportda mindiyim taksidə şəhərin içindən keçib üzü Salyan tərəfə yollanmışam. Maşının pəncərəsindən gördüklərimə görə deyə bilərəm ki, şəhərin simasından xəstəlik yağırdı. Özü də zökəm kimi tez keçib-gedən xəstəlik yox. Ağır, üzücü xəstəlik…

Gəncə Şərqin, Qafqazın, Azərbaycanın qədim və zəngin tarixli şəhəridir. İndiki Gəncənin İmişlidən ya Goranboydan fərqi yoxdur.

Dahi bəstəkar Qənvər Hüseynllinin gəncəli olduğunu bilən var?

Bəs Fikrət Əmirovun?

Gəncədə bir vaxt futbol var idi. 1967-ci ildə “Dinamo” komandası SSRİ birinciliyinin güclülər dəstəsinə çıxdı. 1968-ci ilin SSRİ birinciliyinin güclülər dəstəsində Azərbaycanı iki komanda təmsil edirdi: “Neftçi” və Kirovabadın “Dinamo” komandası.

Gəncənin teatrı, filarmoniyası vardı. Filarmoniya indi də var. Direktor bilirsiniz kimdir? Naxçıvanlı! Xalis Nehrəmli!

Yəqin Fikrət Əmirovun goru çatlayır…

Elmar Vəliyev kimi qulduru və oğraşın birini kim Gəncəyə rəhbər qoymuşdu? Elmar Vəliyev kimisini Gəncəyə, gəncəlilərə rəhbər təyin edənlərdə, yəni Gəncənin, gəncəlilərin ixtiyarını Elmar kimilərə verənlərdə bu şəhərə məhəbbət olarmı?

İndi İlham Əliyevin vitse-arvadı deyir ki, “Gəncə Azərbaycanın döyünən ürəyidir”.

Hə?

“Döyünən ürək” paytaxta demirlərmi?

Gəncə İmişli, uzağı Neftçala kimi bir yerdir. Mehriban xanım, Azərbaycanın fəxri olan bu şəhəri süstlük, ətalət basmış rayon mərkəzinə siz çevirmisiniz!

Gəncənin Tərtərdən nəyi üstündür? Gəncədə kim nə yaradır? Yəqin ki, yaradılardı, ancaq qoymursunuz. İnsanlar azad deyillər. Böyük mədəniyyəti, dinamik iqtisadiyyatı azad insanlar yaradırlar. Siz isə Azərbaycan vətəndaşlarını əyir, sındırırsınız. Sizin tamahınızın və iddialarınızın həddi yoxdur!

“Gəncə hadisələri”ndə sonra nə qədər gəncəli sındırıldı, nə qədər gəncəliyə işgəncələr verildi, nə qədər ata-ana oğul faciəsi yaşadı? Siz gəncəliləri, Gəncəni bir oğraş Vəliyevin ayağına verdiniz!

Yox, Gəncə döyünən ürək-zad deyil. Gəncə böyük tarixi, qüdrətli ənənələri olan şəhərdən depressiv yaşayış məntəqəsinə çevrilib. Bu sizin xidmətinzsir!

Sizin gəncəlilər üçün yanmağınıza yalnız sadəlövh insanlar inanarlar. Gəncəlilər polis dəyənyi altında sındırılanda ürəyiniz yanmırdı. Nidi nə oldu? Özünüzü dünya ictimaiyyətinə göstərirsiniz? Nahaq. Prezident arvadının vitse olduğunu bilən kimi bizə gülürlər…

Qoyun gəncəlilər öz facələrini özləri yaşasınlar. Buna gəncəlilərin əzmi və ləyaqəti çatar.

Çünki xoşbəxtlikdən Gəncə tarixində həmişə Elmar Vəliyev kimi oğraşlar olmayıblar.

Gəncə tarixində Cavad xan olub.

Və o vaxt Gəncə doğrudan da döyünən ürəkmiş…

  Mirzə ƏLİL

17. 10.2020, Samara