Tag Archives: yanvar hadisələri

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 19-20 1990 YANVAR (GECƏ)

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 19-20 1990 YANVAR (GECƏ)

19-20 yanvar 1990.(Gecə) Gündüz redaksiyada qəzetin28 növbəti nömrəsi üzərində işləyirdik. Artıq bir çox materiallarımızhazır idi. “Kommunist” nəşriyyatı tətil etsə də “Azadlığ”ı buraxmağa fəhlələr söz vermişdilər. Oradacan-başla bizi gözləyirdilər.Dünən də (bir neçə dəfə) şəhərdə fövqəladə vəziyyət elan olunduğu haqqında yalan məlumatalmışdıq. Bu gün də belə xəbərlər eşidəndə inan-madıq.Nəcəf dedi ki, mən postları yoxlamağa gedəcəyəm, siz isə yorğunsunuz, evə gedin. Rauf29ağırayaq arvadına baş çəkmək üçün ertədən bizi tərk etmişdi. Mən və Arif30 dedik ki, postlara başçəkməyə biz də gedirik. Şahinə31 zəng vurdular ki, maşını götürüb gəlsin.Son vaxtlar istirahətsiz olaraq (şənbə və bazar günləri də) o qədər işləmişdik ki, yuxuya o qədərhəsrət qalmışdıq ki, lap keyləşmişdik. Ona görə Nəcəf bir-iki yazını redaktə üçün mənə verəndəzarafatla ona dedim ki, Nəcəf bəy, qəzetdənsə post daha vacibdir. Yazı qalsın sonraya, indi isəpostlara gedək. Read the rest of this entry