Tag Archives: Xocalı sakinləri

19 APREL — MİLLİ QƏHRƏMAN TOFİQ HÜSEYNOVUN DOĞUM GÜNÜ

Стандартный

Tofiq-huseynov-milliqehreman

Tofiq Hüseynov  19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. . 1974-76-cı illlərdə sovet ordusu sıralarında xidmət etmişdir.

1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda «Mixaylo» adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası «Alazan» qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir. Sonuncu döyüşü Xocalıda 26 fevralda oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı o həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu.

 Üç uşağı qalıb — Yasəmən , Əfsanə, Murad. Müharibədə anası və atası öldürülmüşdür. Qardaşlarından biri əsir alınmış, digəri xilas olmuşdu.

7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Реклама