Tag Archives: Xocalı qırğını

Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi

Стандартный

Xocalı soyqırımının iştirakçısı olanerməni terrorçu məhv edildi
Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.

Unikal.org xəbər verir ki, A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə “Döyüş xaçı” ilə “təltif edilib”.

Aprel döyüşlərində də iştirak edən “Saşik” ləqəbli terrorçu separatçıların başçısı Araik Arutyunyanın yaxın dostu olub. Onun “ASALA” terror təşkilatının üzvü olduğu bildirilir.

Terrorçu düşmən ordusu tərəfindən Hardrut qəsəbəsinə edilən hücum zamanı Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edilib.

https://www.unikal.org/news/262195/xocali-soyqiriminin-istirakcisi-olan-ermeni-terrorcu-mehv-edildi

«ELMAN MƏMMƏDOV XOCALIDA ALDIĞI AĞIR YARALARDAN VƏFAT EDİB»

Стандартный

Elman_Məmmədov

Hamımız bilirik ki, indiyəcən başqa ölkələrdə Xocalı qırğınına şübhə edənlər var. Bunun səbəbi təkcə daşı, dəmiri dələn erməni yalanları deyil. Bu şübhənin ən ciddi səbəblərindən biri millət vəkili Elman Məmmədovdur. Bəli, Xocalı şəhərinin sonuncu başçısı olmuş Elman Məmmədov.

Tutaq ki, ingilis jurnalisti erməniyə deyir ki, siz Xocalı əhalisini qırmısınız. O da katalikosun papağına and içir ki, bir nəfər də adam öldürməmişik. İnanmırsınız, baxın Elman Məmmədova. Şəhərin başçısı olub. Əgər ermənilər əhalini qırsaydılar, başçı birincilər sırasında ölərdi. Ancaq Elman Məmmədovun yumşaq yeri də cızılmayıb. İndi  də qıpqırmızıdır, eston cöngəsi kimidir.

Bu, ingilis jurnalistinin ağlına batır. Çünki alman faşistləri Britaniyaya girə bilsəydilər, tutduqları şəhərdə başçını hamıdan qabaq öldürərdilər. Xocalının başçısı top kimidirsə, bəlkə heç qırğın-zad da olmayıb…

Bu vələdəzzina Elman da çıxıb demir ki, ay ingilis, ay fransız, qırğın olub, ancaq mən orda olmamışam. Qaçmışam…

Bu adamı sonralar dama salmasaydılar da, gərək adam içinə çıxmağa qoymayaydılar. Rəsmi xəbər yayaydılar ki, “Elman Məmmədov Xocalı qırğınında aldığı ağır yaralardan ölüb”. Özünə də plastik əməliyyat edib çevirəydilərr arvada ki, heç kim tanımasın.

Eləməyiblər. Bu adam otuz ildir ki, xəzinədən bir ətək pul alır, yağ içində böyrək kimidir, deputatdır, yeyib-içməkdən kərgədana dönüb.  İndi bu adam utanmaz-utanmaz hər gün qəzetlərə “açıqlama” verir, Qarabağda gedən döyüşləri şərh edir…

Mənim Bakıda bir tanışım var. Mənə telefonla deyir ki, Mirzə, o açıqlamaların qəzetə çıxarılmayan yerləri var. Məsələn, jurnalist Elman Məmmədovdan soruşub ki. Xocalı alınsa, ora qayıdacaqsınızmı? Elman Məmmədov əlini qulağınaın dalına qoyb oxuyub:

“Yox, Bakıya ciddi alışmışam mən,
Bir də qayıtsam ora – oğraşam mən…”

Mirzə ƏLİL

08. 10. 2020, Samara

BİR VAXT XOCALINI QOYUB QAÇMIŞ ELMAN MƏMMƏDOV ƏSİRİN ŞƏKLİNİ YAYMIŞ HƏRBÇİƏR ÜÇÜN CƏZA TƏLƏB EDİR…

Стандартный

Elman_Məmmədov

“…hərbi sirr və onu qorumaq bu işlə məşğul olanların ən mühüm vəzifəsidir”.

“Hərbi sirlərin yayılması yolverilməzdir”. 

Bu qiymətli fikirləri Millət vəkili Elman Məmmədov deyib. Sirr haqqında danışmağa onun haqqı var, çünki özü sirr qorumağı bacarır. 1992-ci ildə Elman Məmmədov Xocalının başçısı olub. Ermənilər qəsəbəyə hücum edəndə Elman Məmmədov ordan axırıncı çıxmalıydı. Ancaq sıçovul qəzaya uğrayan gəmidən qaçdığı kimi hamıdan qabaq, hamıdan xəlvət qaçıb və indiyəcən oturub parlamentdə qarnını yekəldir. Çəkisi ən azı iki sentner olar. Heç kim bilmir ki, Elman Məmmədov Xocalıdan necə qaçıb. Sirri heç kimə vermir. Bunu təyin edəsən Zakir Həsənovun müavini, əsgərlərə və zabitlərə sirr saxlamaq dərsi verə…

Elman Məmmədov erməni əsirinin şəklini yayanlar üçün ciddi cəza tələb edir.

Öz vəzifə borcunu yerinə yetorməmiş, başçısı olduğu qəsəbənin arvad-uşağını erməni qoşununun qırğınına verib tülkü kimi qaçmış adamdan utancaqlıq, təvazö gözləməyə dəyərmi?

Mirzə ƏLİL

11. 09. 2020, Samara

«MEYDAN GÜNDƏLİYİ». 26 FEVRAL 1992

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 26 FEVRAL 1992

«26 fevral.

“Azadlığ”ın müxbiri Xaliq Bahadır Şuşadan telefonla xəbər verir: Xocalı od içindədir.Şəhər tam əldən gedib. Hərbçilərin “qadınla-rı və uşaqları məhv etməyin,21 onları Mərkəzə yığın”sözlərini ratsiya tutub.DİN İnformasiya Mərkəzindən fevralın 26-sı saat 16-ya olan mə’lu-mat: “Xocalı 99 faiz itirilib”».(“Azadlıq” qəzeti, 28.02.1992).***«Tarixsə IV orduya münasibətdə vaxtsız sərt mövqeyin Azərbaycan üçün baha başa gələcəyinisübut etdi. Read the rest of this entry

1 MART 1992 — 366-CI ALAYIN QARABAĞDAN ÇIXARILMASI BAŞLANIB

Стандартный
1 MART 1992 — 366-CI ALAYIN QARABAĞDAN ÇIXARILMASI BAŞLANIB

1 mart 1992 — MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının  Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb. Alay təkcə Xocalıda deyil, Qaradağlıda törədilən qırğında iştirak edib.

1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən qırğında 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib.

Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Ermənilər ölənləri silos quyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil.

Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

По утверждению азербайджанской стороны штурм в Ходжалы был организован и проведён командиром 2-го мотострелкового батальона 366-го гв.мсп майором Сейраном Оганяном.

 Операция по выводу полка началась 1 марта 1992 года. Вывод сопровождался боями с армянскими формированиями, который повлёк за собой потери в живой силе и в технике. В боях был потерян 1 вертолёт Ми-24. После вывода в Вазиани 366-й гв.мсп и 622-й обхз были расформированы.

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ARTUR MÜƏLLİM!

Стандартный

ARTUR

26 fevral — Azərbaycan Respublikasının baş naziri Artur Rəsizadənin 81 yaşı tamam olur.

1992-ci ildə Artur Rəsizadə baş nazirin birinci müavini olub.

%d такие блоггеры, как: