Tag Archives: Xaçmaz şəhidləri

ŞƏHİDLƏRİMİZ: XAÇMAZLI ÇEMPİON KƏRƏM VEYİSOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: XAÇMAZLI ÇEMPİON KƏRƏM VEYİSOV

KƏRƏM 2

KƏRƏM VEYİSOV

Kərəm Veyisov. Azərbaycan ərazisini erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlədə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: XAÇMAZLI RAHİM İMANOV

Стандартный

Rahim İmanov

Xaçmaz rayonunun Xaspolad oba kəndindən İmamov Rahim Rauf oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏR: XAÇMAZLI AYAZ MUSTAFAYEV

Стандартный

Mustafayev_Ayaz_Mustafa_oğlu

Şəhid Mustafayev Ayaz Mustafa oğlu (15.06.1972-23.09.1992) — 1972-ci il iyun ayının 15-də Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini Belorusiyada başa vurub vətənə gəldikdən sonra Dağlıq Qarabağ uğrunda gedən döyüşlərə könüllü olaraq yola düşür.

1992-ci ilin avqust ayından başlayaraq Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 820 saylı Göytəpə (Prişip) alayı tərkibində Xocavənd rayonunun Əmirallar kəndi üzərindəki “Şişqaya” yüksəkliyi istiqamətində kəşfiyyat xarakterli döyüşlərdə iştirak etmiş, 839 və 848 saylı batalyonların tərkibində döyüşlərdə iştirak etmişdir.Ayaz Mustafayev BM-21 tipli QRAD (9K51) reaktiv yaylım atəş sistemini idarə edən cəsur döyüşçü idi.

1992-ci il sentyabr ayının 23-də səhər saat təxminən 10-da Xocavənd batalyonunun bir bölüyü tərkibində Martuni səhərinin azadolunması üçün Kuropatkin istiqamətindən Muğanlı kəndinə gələrkən erməni silahlılarının qəfil hüçumu nəticəsində baş verən döyüşdə şəhid olmuşdur.

Ayaz Mustafa oğlu Mustafayev Həsənqala kəndinin ilk şəhidi olduğundan təhsil aldığı orta məktəbdə büstü ucaldılmış və məktəbə onun adı verilmişdir.

vikipediya