Tag Archives: Vəzir Sədiyev

ŞƏHİDLƏRİ UNUTMAYAQ: MİLLİ QƏHRƏMAN VƏZİR SƏDİYEVİN BU GÜN 55 YAŞI TAMAM OLARDI

Стандартный

VƏZİR SƏDİYEV.jpg

Vəzir Sədiyev 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.

Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdşur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu.

Ailəli idi, bir övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Реклама

19 FEVRAL -MARNEULİLİ QƏHRƏMAN VƏZİR SƏDİYEV HƏLAK OLUB

Стандартный

Vəzir Sədiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

VƏZİR SƏDİYEV

6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.