Tag Archives: Vəzir Orucov

MİLLİ QƏHRƏMANLAR: VƏZİR ORUCOV

Стандартный

ORUCOV VƏZİR.jpg

 

Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı il Tərtər rayonunun Xoruzlu kəndində doğulub. Vəzirin valideyinləri Qərbi Azərbaycanın Dərələyəz mahılından idilər. Ermənilərin təzyiqlərinə məruz qalaraq öz doğma yurdlarını tərk edərək 1950-ci ildə Tərtər rayonunun Qarağaclı kəndinə köç edirlər. Sonra Xoruzlu kəndini özlərinə yurd yeri seçirlər. Vəzir orta təhsilini buradakı orta məktəbdə alır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikomuna daxil olur və bir ildən sonra hərbi xidmətə çağrılır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirir
Vəzir Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlayır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönür. 1992-ci ilin may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olur. Siravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürür. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi və texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi. 
Vəzir Orucov Marquşevan, Levonarx, Madagiz, Akoip Komori, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin bir çox planını puça çıxarır. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbəhəyə qayıdır. O, cəsur bir döyüşçü kimi həmişə döyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 22 mart 1993-cü il… Döyüşlər Ağdərə yaxınlığında Qlobus yüksəkiliyi uğrunda gedirdi. Zirvənin itirilməsi Ağdərə qəsəbəsinin işğalı demək idi. Yüksəkliyin ələ keçirilməsi Vəzirə və onun silahdaşlarına həvalə olundu. Vəzir adəti üzrə düşmən arxasına keçib gözlənilməz zərbə vurmaq istəyirdi. Lakin macal tapmadı. Snayper -qəhrəman Vətən oğlunu haqladı. O, əbədi gözlərini yumdu. 
Evlidir. Bir oğlu yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Реклама

НАЦИОНАЛЬНЫЕ ГЕРОИ: ВЕЗИР ОРУДЖОВ

Стандартный

Orucov_Vezir

Везир Сурхай оглы Оруджов (26 декабря 1956, ХорузлуТертерский районАзербайджанская ССРСССР — 22 марта 1993, в окрестностях г. Агдере, в настоящее время г. Мардакерт на территории, контролируемой непризнанной Нагорно-Карабахской Республикой) — Национальный Герой Азербайджана, погибший во время Карабахской войны. Read the rest of this entry

MİLLİ QƏHRƏMAN VƏZİR ORUCOVUN BU GÜN 60 YAŞI TAMAM OLARDI…

Стандартный

orucov-v%c9%99zir

Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı il Tərtər rayonunun Xoruzlu kəndində doğulub. Vəzirin valideyinləri Qərbi Azərbaycanın Dərələyəz mahılından idilər. Ermənilərin təzyiqlərinə məruz qalaraq öz doğma yurdlarını tərk edərək 1950-ci ildə Tərtər rayonunun Qarağaclı kəndinə köç edirlər. Sonra Xoruzlu kəndini özlərinə yurd yeri seçirlər. Vəzir orta təhsilini buradakı orta məktəbdə alır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikomuna daxil olur və bir ildən sonra hərbi xidmətə çağrılır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirir Read the rest of this entry