Tag Archives: Urfan Vəlizadə

ŞƏHİD PİLOTLARIN DƏFNİ

Стандартный

Şəhid pilotlarımız və polkovnik-leytenant dəfn edildi (Fotolar, Yenilənib)

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçilərimiz — mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.
Musavat.com-un məlumatına görə, vida mərasimi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilir.
Vida mərasimində şəhidlərin ailə üzvləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, icra başçıları, dövlət rəsmiləri iştirak edirlər.
Daha sonra şəhidlər Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. 

Şəhid pilotun oğlu: “Atam mənim qəhrəmanım idi”

Şəhid pilotlarımızla vida mərasimində mayor Təbriz Musazadənin iki oğlu da iştirak edir. Onlar mətbuata qısa açıqlama veriblər.
Musavat.com-un məlumatına görə, 10 yaşlı Tayfun Musazadə atası ilə fəxr etdiyini, onun vətən uğrunda şəhid olduğunu deyib. 10 yaşlı Tayfun «Şəhidlər ölməz» dryərək atadının daim onun qəlbində yaşayacağını bildirb.
7 yaşlı Onur Musazadə isə vida mərasiminin keçirildiyi zalda atasının fotosunu öpərək «o mənim qəhrəmanımdır» deyib.
Qetd edək ki, vida mərasiminin saat 12:00 da başlayacağı elan olunub.
Mərasimə gələnlər arasında hələ ki, Xətai, Yasamal, Nizami rayonlarının icra baçıları, deputatlar Fuad Muradov və Hüseynbala Mirələmov var.
Digər dövlət rəsmilərinin də mərasimdə iştirak edəcəyi gözlənilir.
Şəhid pilotlar — mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.
 
Musavat.com-un məlumatına görə, mərasimin rəsmi hissəsinin bitməsindən ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş taputa sarılaraq, vidalaşıblar.
 
Cənazələr dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.
***
Şəhid pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı II Şəhidlər xiyabanında torpağa tapşırıblar. 
Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, sərhəd qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, hərbi prokuror Xanlar Vəliyev, silahlı qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, hərbi hava qüvvələrinin komandanı, general-leytinant Ramiz Tahirov da iştirak edib.
Yaylım atəşi açıldıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib. Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib. Dəfn zamanı «Şəhidlər ölməz, vətən bölünməz» şüarı səsləndirilib.
İlkin Muradov
Fotolar müəllifndir