Tag Archives: Turqut Xəlilbəyli

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURQUT XƏLİLBƏYLİ

Стандартный

Turqut Nadir oğlu Xəlilbəyli (4 iyul 1993ŞərurAzərbaycan — 7 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı.

Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub.[1] 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu

Стандартный

 

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu - ŞƏKİLLƏR


Xəlil Rza Ulutürkün nəvəsi şəhid olub.

Manevr.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunub ki, Turqut Xəlilbəyli yaralı əsgəri döyüş meydanından çıxararkən qəhramancasına şəhid olub. O, Dağlıq Qarabağın azadlığı uğrunda hazırda gedən döyüşlərdə şəhid olan ilk həkimdir.

Xatırladaq ki, Xəlil Rza oğlu Təbriz Xəlilbəyli də 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ona Azərbaycanın Milli Qəhramanı adı verilib./yenisabah.az

Manevr.az

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu - ŞƏKİLLƏR


Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu - ŞƏKİLLƏR