Tag Archives: Tofiq Nəsirov Zəngilan

ZƏNGİLAN ZİYALISI TOFİQ NƏSİROVUN XATİRƏSİNƏ

Стандартный
ZƏNGİLAN ZİYALISI TOFİQ NƏSİROVUN XATİRƏSİNƏ

ТОФИГ ЗАНГ 2

Şirvan Kərimov öz Feysbuk səhifəsində sevimli müəllimi, hörmətli Zəngilan ziyalısı Tofiq Nəsirovun Azərbaycanda ağır, sağalmaz xəstəlikdən öldüyünü  xəbər verir. Biz Şirvan Mürvət oğluna, mərhum Tofiq müəllimin bütün çoxsaylı şagirdlərinə, ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Qaçqına “sağaımaz xəstəlik” diaqnozunu qoymaq üçün heç həkim müayinəsi lazım deyil – yurd düşmən tapdağı altına düşəndən sonra, ailə tarixi, nəsil tarixi, ruh, mənəviyyat tarixi məhv olandan sonra necə yaşayasan?

Ancaq istisnasız qayda yoxdur… Və öz şəxsi maraqları xatirinə gözünü qırpmadan daha yeddi rayoonu da yada, yağıya verməyə hazır qaçqınlar var. Növbəti 11-ci ordunun qabağında gedib yad bayrağını yellətməyə hazır qaçqınlar da var. Bunlar, əlbəttə ki, istisnadır…

Ruh, mənəviyyat tarixini ilk növbədə mərhum Tofiq müəllim kimi insanlar formalaşdırırlar. Onun xatirəsini əziz tutan şagirdlərin bu tarixi dirçəldəcəklərini güman etmək olar.

Mərhumun bütün yaxınlarına səbir diləyirik.

ТОФИГ ЗАНГ 1

Реклама