Tag Archives: Tərtər rayonu Qapanlı kəndi

ŞƏHİDLƏRİ UNUTMAYAQ: OĞUZLU ZABİT İNTİQAM CAMALƏDDİNOV

Стандартный

İntiqam_Camaləddinov

İntiqam Camaləddinov  5 sentyabr 1971-ci ildə Oğuz rayonunun (Vartaşen rayonu) Muxas kəndində anadan olub. 1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə getmiş, səkkizinci sinfə qədər burada oxumuş, 1985-ci ildə Bakı C.Naxçıvanski adına internat məktəbinə daxil olmuşdur.

1988-ci ildə bu təhsil ocağını bitirərək Çelyabinsk Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbinə qəbul olunmuş, burada təhsilini bitirməyə bir necə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı- Azərbaycana çağırilmış, hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində bitirmişdir. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunmuşdur. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü surətdə cəbhə bölgəsinə yollanmış, Qarabağ uğrunda gedən döyüşlərdə — 1992-ci ildən 1994-cü ilə qədər demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əskəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) iştirak etmişdir. Ardıcıl üç hərbi hissədə — hər birində texnika üzrə Avtomobil xidmət rəisi vəzifəsində çalışmaqla (30 iyul 1992-ci ildən 29 mart 1993-cü ilədək — 708 saylı H/h, 1993 cü il 29 mart-19 iyul -002 sayli H/h-KORPUSda və 19 iyul-30 aprel tarixinə kimi 777 saylı hərbi hissədə qulluq etmişdir.

1994-cü il aprel ayınin 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə şəhid olmuşdur. Doğulduğu Oğuz rayonunun Muxas kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir.

Ailəli olub. Bir övladı var.

 

Реклама