Tag Archives: Təbriz Xəlilbəyli

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu

Стандартный

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu - ŞƏKİLLƏR

Xəlil Rza Ulutürkün nəvəsi şəhid olub.

Manevr.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunub ki, Turqut Xəlilbəyli yaralı əsgəri döyüş meydanından çıxararkən qəhramancasına şəhid olub. O, Dağlıq Qarabağın azadlığı uğrunda hazırda gedən döyüşlərdə şəhid olan ilk həkimdir.

Xatırladaq ki, Xəlil Rza oğlu Təbriz Xəlilbəyli də 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ona Azərbaycanın Milli Qəhramanı adı verilib./yenisabah.az

Manevr.az

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu - ŞƏKİLLƏR

Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu - ŞƏKİLLƏR
Реклама

MİLLİ QƏHRƏMAN TƏBRİZ XƏLİLBƏYLİNİN DOĞUM GÜNÜ

Стандартный

Təbriz_Xəlilbəyli.jpg

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.

1964-cü il 12 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdi. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında işıqçı işləyir.

Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərmişdi. Döyüş şücaətinə görə DİN-nin «Boz qurd» mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, qəhrəmancasına həlak oldu.

Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

vikipediya

TƏBRİZ XƏLİLBƏYLİNİN XATİRƏSİNƏ

Vətənin dərdindən nə qədər ölən,

Vətənə nə qədər şeir yazan var!

İndi klavitura, haçansa qələm,

Yerdən duran yazar, durmayan yazar!

Kimi istəyir ki, daşına dönsün,
Kimi qayasaında mamıra dönmək.

Bütün ölkələrdən badam gözlüsü,
Dünyada ölkə yox gözəl vətən tək.

Qərib ölkələrdə gün yubadanlar,
Deyirlər ölməyə vətən yaxşıdır.

Dünən heç neçəyə vətən satanlar,
Bu gün “anam!” deyir, yaş da axıdır…

Dayanmır, yorulmur şeir yazanlar,
Müqəddəs deyirlər, ulu deyirlər.

“Özüm sənə qurban, anam da qurban,

Sənsən gözümüzün nuru” deyirlər…

Deyirlər başını alsa buludlar,
Qanı axıdarıq, canı verərik,

Sevgimiz qədər də qeyrətimiz var,

Hər birimiz şair, həm igid ərik!

Deyirlər oğlumuz, qızımız gedər,

Biz ölsək, vətəni müdafiəyə.

Balamız qurbandır sənə, deyirlər,
Hazırıq itkiyə, sən yaşa deyə.

Şairlər yazırlar alov saçaraq,
Haray qoparırlar qafiylərlə.

Deyirlər, ay millət, nə yatmısan, qalx,
Vətən əldən gedir, tələs, irəli!

Millət də şairi eşidib gedir,
Gedir səmimilər, saf ürəklilər.

Gedir kasıb-kusub, savadsız, adi,

Onların adları “sıravi”, “nəfər”…

Axır döyüşlərdə qızıl qanları,
Ölüb baş qoyurlar qara torpağa.

Şair pəncərədən bəlkə boylanar,
Yas çadırlarına uzaqdan baxar…

Tapılmaz ölənlər siyahısında,
Millətin şairi, şair övladı.

Çağırmaq, qaldırmaq necə asandır,
Ölmək asan deyil Vətən yolunda!

20. 12. 2018

Samara

31 YANVAR 1992 — MİLLİ QƏHRƏMAN TƏBRİZ XƏLİLBƏYLİ HƏLAK OLUB

Стандартный

TƏBRİZ