Tag Archives: Şuşada parad

MİRZƏ ƏLİLƏ    DÖRD-BEŞ AZƏRBAYCAN ƏSGƏRİ VERİN!

Стандартный

1

Eşidəndə  Azərbaycanın 75 hərbi qulluqçusu iyunun 24-də keçiriləcək hərbi paradda iştirak etmək üçün Moskvaya yola düşüb, ürəyim bir təhər oldu, bilmirəm təzyiqim qalxdı, ya düşdü. Heç ölçüb dərman da atmadım, dedim qoy bu təzyiq məni öldrsün, bu nə yaşamaq oldu…

Deyirəm nə olaydı, İlham Əliyev o hərbi qulluqçulardan beşini verəydi mənə!

Məni neçə ildir danlayırlar ki, Mirzə Əlil niyə Rusiyada piket keçirmir. Niyə Xocalı faciəsi günü durmur Samara qubernatorunun oturduğu dam-daşın qabağıNda? Mənə o qədər tənələr gəlir ki… Millət vəkillərinin kişiləri, rus demişkən, şalvarlarından çıxırlar, arvad vƏkillər isə…

Yox deməyəcəyəm arvad vəkillər nə oyun çıxarırlar. Hamısı da ona görə ki, Mirzə Əlil Rusiyada piket keçirmir.

Tamamilə düzdür, keçirmirəm. Çünki istəmirəm məni aparıb salsınlar dəlixanaya!

Deyək ki, mən getdim durdum Samarada Ağ evin qabağında, əlimdə də plakat. Qubetrnator Azarov da məni pəncərədən görüb üç-dörd nəfər çekisti göndərdi üstümə. Gəlib soruşacaqlar ki, a kişi, niyə burda durmusan. Mən də deyəcəyəm ki, mən ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə etirazımı bildirirəm. Rus çekistlər də deyəcəklər ki, mujik, bura Ermənistan deyil, bura Rusiyadır, etirazını get ermənilərə bildir. Mən yenə öz dedidiyimdə duranda çekistlər dəlixana maşını çağırıb məni göndərəcəklər dəlixanaya.

Mən dəlixanaya getmək istəmirəm…

Rusların nəyini qınayasan? Rusiyada yaşayan azərbaycanlı ermənilərə etirazını ən azı gərək Moskvada Ermənisrtan səfirliyinin qabağında bildirə. Bu da mən Mirzə Cəlil üçün çətindir. Birincisi, Moskvaya getməyə pulum yoxdur. İkincisi, mən erməni səfirliyinin qabağında plakat qaldıran kimi dörb-beş zırpı erməni gəlib mənim qol-qabırğamı sındıracaq. Rusiyadakı ermənilər hamısı əzələdən möhkəmdirlər, çünki bizimkilər kimi qışda yolka, yayda qarpız satmırlar, hamısı asfalt basır…

Ona görə mənə əsgər lazımdır. Çox yox, dörd-beş əsgər. Özü də kordebalet artisti kimi paradda təpik döyənlərdən yox. Əsil əsgər! Onda asfaltbasan ermənilər mənə yaxın gələ bilməzlər.

O ki qaldı parada… Rusiya Azərbaycanın ən yaxın və ən böyük qonşusudur. Mehriban və hörmətli dolanmaq lazımdır. Ancaq biz nə gündəyik ki, Putin paradında iştirak edək? Ermənilər Şuşada parad keçirir, biz isə Qızıl meydanda rusların götünə düşüb təpik döyürük…

Kül Mirzə Əlilin başına!

Qoy Azərbaycan əsgərləri mənim Ərəbqardaşbəyli kəndimə gəlib müharibədə həlak olanların, arxada acından qırılanların xatirəsini yad eləsinlər. Təpik döyməkə yox, sükutla, baş endirməklə! Qoy Azərbaycan əsgərləri mənim uzaq qohumlarım və yaxın qonşularım olmuş Mustafa və Əsəd Məmmədov qardaşlarının xatirəsini yad eləsinlər…

Azərbaycan əsgərinə Qızıl meydanda rusun götündə getmək ayıbdır!

Mirzə Əlilə dörd-beş əsgər verin, Mirzə Əlil piket keçirməsə, adını dəyişib qoyar Mirzə Zəili!

 

Mirzə ƏLİL

14.06. 2020, Samara