
Stalin tək marşalam mən,
Qızıl papaq başımda.
İndi gərək Paşinyana,
Poxlu vedrə daşıdam.
Ey! Uh!
=
Dünənəcən qardaşımdı,
Rəcəb Teyyib Ərdoğan.
İndi Putun Violodyadır,
Mənə əziz, mehriban.
=
Bayraktarlar endi yerə,
Qalxdı rusun bayrağı.
Qoyardımmı çəkiləydi,
Rusun burdan ayağı?
Ey! Uh!
=
Leş bir yana, baş bir yana,
Üzbəüz, əlbəyaxa!
Sərkərdəyəm, tayım yoxdur,
Əjdahayam, əjdaha!
==
Səngərlərdə həyat sürür,
Oğlum Heydər nə vaxtdan!
Həmişə ön cəbhədədir,
Ya Bilgəh ya Mərdəkan.
==
Arvadım da mənim kimi,
Şücaətli, qəhrəman.
Dünən fəxri ad vermişəm,
Olub “Milli Mehriban”.
Ey! Uh!
=
Qızım Leyla şeir yazıb,
Kəlbəcərə, Şuşaya.
Bizim dildən sizin dilə,
Çevirərlər bir aya.
Ey! Uh!
=
Keçmiş yeznəm Ağalarov,
Deyir: “mən də gələrəm.
Moskvadan lotu-potu,
Gətirərəm bir aləm.
=
Yaxşı “Jara” festivalı,
Qarabağda quraram.
Ancaq gərək aparıcı,
Aşot ola ya Aram”.
Ey! Uh!
=
Mən ikinci cəbhəni də,
Açam gərək bu gündən.
Antimilli ünsürləri,
Kəsməliyəm kökündən.
=
Putin desə, barışaram,
Paşinyanın özüylə.
Mənə qarşı olanlarla,
Barışmaram yüz ilə.
=
Xankəndiyə, Xocalıya
Çatdırmadıq bayrağı.
Bəlkə oldum bir gün orda,
Erməninin qonağı…
Mirzə Əlil
26.11. 2020, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.