Tag Archives: SSRİ Xalq artistləri

22 ИЮНЯ 1897 Г. РОДИЛСЯ БЮЛЬБЮЛЬ

Стандартный

Bülbül_(1968)

Бюль-Бю́ль (азерб. Bülbül, имя при рождении — Муртуза Рза оглы Маме́дов); (22 июня 1897 — 26 сентября 1961) — советский азербайджанский оперный певец (лирико-драматический тенор), музыковед-фольклорист, педагог. Народный артист СССР (1938). Лауреат Сталинской премии (1950). Один из основоположников азербайджанского национального музыкального театра.

Бюль-Бюль родился 22 июня 1897 года (по другим источникам — 12 июня) в пригороде города Шуша, в селе Ханбагы Шушинском уезде Елизаветпольской губернии, в семье кожевника Мешади Рзы и Гехар из селения Пареулар.

С раннего детства был известен необыкновенными музыкальными способностями, за что получил прозвище Бюльбюль (в переводе с азербайджанского — «соловей»). Впоследствии певец выбрал его в качестве сценического псевдонима.

В 1909 году переезжает в Гянджу. На сцене с 1916 года. Творческий путь начал народным певцом — ханенде, исполнял азербайджанские мугамы и народные песни.

В 20-е годы был организатором музыкально-театрального дела Гянджи, был председателем Союза РАБИС Гянджи, делегатом первого Всеазербайджанского съезда работников искусств, а затем заместителем председателя Президиума Союза РАБИС.

С 1920 года — солист Азербайджанского государственного театра (ныне Азербайджанский государственный академический театр оперы и балета им. М. Ф. Ахундова). Выступал как концертный певец.

В 1921 году поступил, а в 1927 окончил Бакинскую консерваторию (класс Н. И. Сперанского. С 1927 по 1931 годы стажировался в миланском театре «Ла Скала» у Дж. Ансельми и Р. Грани.

Бюль-Бюль — первый азербайджанец — лауреат Первого Всесоюзного конкурса пианистов, скрипачей, виолончелистов и вокалистов 1933 года в Москве.

Бюль-Бюль — первый вокалист, который со специфического восточного пения перешёл на европейскую школу пения и, синтезировав лучшие приёмы азербайджанского национального пения с русской и европейской школой, создал в Азербайджане новую вокальную школу.

В 1932—1961 годах преподавал в Азербайджанской государственной консерватории, с 1940 года — профессор. Бюль-Бюль — организатор и руководитель Республиканского научно-исследовательского кабинета музыки (1932—1944) (ныне Институт Архитектуры и Искусства АН Азербайджана). Бюль-Бюль был председателем жюри конкурса классического пения народов Востока на VI Всемирном фестивале молодёжи и студентов в Москве в 1957 году.

В 1961 году, за два месяца до кончины певца, состоялся его концерт в Шуше, в зале бывшего реального училища, на котором присутствовали тысячи зрителей из различных сёл Шушинского района. Это было последнее выступление певца в Шуше. Умер Бюль-Бюль 26 сентября 1961 года. Похоронен на Аллее почётного захоронения в Баку.

Первая жена — Зейнаб-ханум, с которой прожил с 1917 по 7 февраля 1936 год (умерла), детей не было.

Вторая жена — Аделаида Мамедова (1922—2015), директор Мемориального музея Бюль-Бюля в Баку (до февраля 2013 года).

Сын — Эмин Мамедов (1933—1999), филолог, специализировавшийся на немецком языке. Его мать — Гюляра Искендерова (1911—2010), певица (исполнительница роли Нигяр в опере Узеира Гаджибекова «Кёроглы» в 1936 году).

Сын — Чингиз (р. 1938)

Сын — Полад Бюль-Бюль оглы (р. 1945), азербайджанский эстрадный певец, композитор и актёр, народный артист Азербайджанской ССР (1982), Чрезвычайный и Полномочный Посол Азербайджанской Республики в Российской Федерации (с 2006).

Внук — Теймур Бюль-Бюль оглы (р. 1975) — музыкант, концертмейстер группы фаготов Государственного оркестра им. Чайковского, заслуженный артист Российской Федерации (2005), в настоящее время — бизнесмен.

vikipediya

 

Реклама

17 APREL -SSRİ XALQ ARTİSTİ LÜTFİYAR İMANOVUN DOĞUM GÜNÜ

Стандартный
17 APREL -SSRİ XALQ ARTİSTİ LÜTFİYAR İMANOVUN DOĞUM GÜNÜ

Lütfiyar İmanov (17 aprel 1929, Petropavlovka — 21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi.(dramatik tenor),Bakı Musiqi Akademiyasında müəllim-professoru.

Lütfiyar İmanov  Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən -1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakultəsini bitirmişdir. 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir. «Karmen», «Faust», «Otello», «Trubador», «Aida», «Riqoletto» və s. klassik opera əsərlərində rollar oynayıb. 21 yanvar 2008-ci ildə Bakı şəhərində rəhmətə getmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

11 APREL — SSRİ XALQ ARTİSTİ İSMAYIL OSMANLININ DOĞUM GÜNÜ

Стандартный

İsmayıl_Osmanlı.JPG

İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Aktyor «Azərbaycanfilm»in istehsal etdiyi «Kəndlilər» (Daxili işlər naziri), «Bir məhəlləli iki oğlan» (Mahmud), «O olmasın, bu olsun» (Rza bəy), «Əsl dost» (Usta Şirəli), «Yenilməz batalyon» (Yusif), «Mən ki gözəl deyildim» (Poçt müdiri), «26-lar» (Şahbazov), «Ulduzlar sonmür» (Hacı Zeynalabdin Tağıyev), «Nəsimi» (Nəimi), «Yeddi oğul istərəm» (Kələntər) və sair filmlərdə çəkilib.

İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.

 

 

26 MART — SSRİ XALQ ARTİSTİ ƏLƏSGƏR ƏLƏKBƏROVUN DOĞUM GÜNÜ

Стандартный
26 MART — SSRİ XALQ ARTİSTİ ƏLƏSGƏR ƏLƏKBƏROVUN DOĞUM GÜNÜ

Ələkbərov Ələsgər Hacıağa oğlu (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — teatr və kino aktyoru, SSRİ xalq artisti (1961).

Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə BakıdakI Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli («Ölülər»), ikinci bələdiyyə («Hücum») kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.

Teatrda Maktuf («Maqbet»), şah Zeyir («Şahnamə»), Aydın («Aydın»), Heydərbəy («1905-ci ildə»), Fərhad («Fərhad və Şirin») və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif («Vaqif») və Otello («Otello») yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən «Varislər» filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi («Böyük dayaq»), Fətəli xan («Fətəli xan») kimi yaddaqalan rollarda oynayıb. «Lətif», «Almaz»,»Kəndlilər», «Leyli və Məcnun», «Uzaq sahillərdə» filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

31 yanvar 1963-cü ildə vəfat edib.

6 YANVAR — SSRİ XALQ ARTİSTİ İSMAYIL DAĞISTANLININ DOĞUM GÜNÜ

Стандартный

DAĞISTANLI

İsmayıl Yusif oğlu Hacıyev, İsmayıl Dağıstanlı — Azərbaycan aktyoru.

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının «Şərqin səhəri» pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.