Tag Archives: Şövkət Ələkbərova

11 FEVRAL — ELZA İBRAHİMOVANIN XATİRƏ GÜNÜ

Стандартный

ELZA

Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmişdir.

 Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş «Yalan ha deyil» mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi «Qurban verərdim» əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan «Qurban verərdim»lə bərabər «Sən mənə lazımsan» (söz. Əliağa Kürçaylı), «Bağçadan keçmisən» (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, «Afət», «Şeyx Şamil» və «Yanan laylalar» operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən «Ey vətən» əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür.

Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.

 

20 ОКТЯБРЯ — ДЕНЬ РОЖДЕНИЯ ШОВКЕТ АЛЕКПЕРОВОЙ

Стандартный
20 ОКТЯБРЯ — ДЕНЬ РОЖДЕНИЯ ШОВКЕТ АЛЕКПЕРОВОЙ

Шовкет_Алекперова

Şövkət Feyzulla qızı Ələkbərova (20 oktyabr 1922 — 7 fevral 1992) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959).

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova «Qarabağ şikəstəsi»ni oxumuş və Fatma Mehrəliyevа və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.

 

Шовкет Фейзулла кызы Алекпе́рова (20 октября 1922, Баку — 7 февраля 1993, там же) — азербайджанская певица, Народная артистка Азербайджанской ССР.

Шовкет Алекперова была третьим ребёнком в рабочей семье из шести детей. Её отец был большим поклонником музыки, а мать — профессиональной таристкой. Дети впоследствии также получили музыкальное образование. В раннем возрасте Алекперова играла на кяманче. В 1937 году она победила на певческом конкурсе, где её талант оценивали композитор Узеир Гаджибеков и певец Бюльбюль. После блестящего исполнения ею композиции «Карабах шикестеси» Гаджибеков принял Алекперову в новосозданный Азербайджанский Государственный хор.

В годы Великой Отечественной войны Алекперова выезжала с гастролями на фронт, исполняя патриотические песни и нередко выступая до пятидесяти раз в день. С 1945 года она работала в Азербайджанский Государственной филармонии. К 1950-м годам Алекперова была признана самой популярной исполнительницей азербайджанских народных и эстрадных песен. В её репертуаре, наряду с песнями на азербайджанском, имелись песни на персидском, арабском и турецком языках.

Шовкет Алекперова была замужем два раза. От первого брака у неё родилась дочь Нателла (1944-1992). После того как муж Алекперовой как военный врач ушёл на фронт и создал новую семью, они развелись. В 1955 года 33-х летняя Алекперова вышла замуж за 35-летнего режиссёра Лятифа Сафарова. От брака у Алекперовой родился сын. После самоубийства второго мужа в 1963 году, певица больше не выходила замуж и всю свою жизнь посвятила детям и музыкальной карьере. Внезапная смерть дочери Нателлы в 1992 году отрицательно сказалось на слабеющем здоровье Алекперовой, пережившей дочь всего на год.