Tag Archives: Soltanağa Nəhmət oğlu Bayramov

23 AVQUSTDA HƏLAK OLANLAR: LƏNKƏRANLI SOLTANAĞA BAYRAMOV

Стандартный

SOLTANAĞA BAYRAMOV.jpg

Bayramov Soltanağa Nəhmət oğlu 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur.

Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. Daha sonra təyinatla hərbi hospitalda işə başlamışdır.

1993-cü ildə silahlılar onun çalışdığı hospitala basqın etdilər.

Soltanağa burada əsl vətənpərvərlik nümunəsi göstərərək onlara müqavimət göstərdi, lakin bu döyüşdə o, faciəli şəkildə həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğluna ölümündən  sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Ailəli idi.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

http://www.adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&sobi2Id=1633&Itemid=62